ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
Servislər
07.11.2023
Emil Nəcəfov
Dünən OpenAI tərəfindən tərtibatçılar üçün keçirilmiş ilk konfrans çərçivəsində şirkətin CEO-su Sam Altman bildirdi ki, ChatGPT-nin həftəlik istifadəçi kütləsi artıq 100 milyonu keçib. Təqribi olaraq 1 il bundan öncə istifadəyə verilmiş servis 2 aydan sonra artıq aylıq 100 milyonluq aktiv istifadəçi kütləsi göstəricisinə çatmışdı. İndi isə servis bu göstəricini həftəlik sərgiləyir. Bununla yanaşı 2 milyondan çox tərtibatçı sözügedən platformanı öz müxtəlif layihələrində istifadə edirlər. Üstəlik Fortune 500 siyahısına daxil olan şirkətlərin 92%-i də bu platformanı öz layihələrində istifadə edənlər arasındadır. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti keçirilmiş konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsini və GPTs konstruktorunu təqdim edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
OpenAI şirkəti GPTs adlı konstruktoru təqdim edib. Sözügedən konstruktor vasitəsilə istifadəçilər ChatGPT-yə xüsusi imkanları, spesifik bilikləri və bacarıqları əlavə edə bilərlər.
OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
Dünən OpenAI şirkətinin tərtibatçılar üçün keçirtmiş olduğu ilk konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsi təqdim edilib.
ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
OpenAI şirkəti ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus-ın istifadəçilərinə yeni fayl yüklənməsi funksiyasını təqdim edib.
Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
Boston Dynamics şirkəti özünün Spot adlı 4 ayaqlı robotuna insan nitqi vasitəsilə xitab etməyi öyrədib.
OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
OpenAI şirkəti süni zəka ilə bağlı potensial təhlükəli riskləri aradan qaldıracaq yeni komandanı formalaşdırdığını elan edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!