Whatsapp-da səsli çatlar funksiyası istifadəyə verilib
Sosial Media
14.11.2023
Emil Nəcəfov
Whatsapp tərtibatçıları messencerdə səsli çatlar funksiyasının istifadəyə verildiyini elan ediblər. Tərtibatçılar bildiriblər ki, sözügedən yeni funksiya çoxlu sayda iştirakçıya sahib böyük qruplar üçün xüsusi olaraq optimizasiya edilib və o, qrup çatlarındakı audio zənglərdən daha rahatdır. Səsli çatlar funksiyası Discord, Telegram və Slack platformalarındakı oxşar funksiya şəklində çalışır. Səsli çatlar canlı yayım çərçivəsində qrup üzvlərinə sürətli ünsiyyəti təmin edir. Bununla belə bu cür ünsiyyət halında adi mesajların göndərilməsi imkanı aktiv olaraq qalır.
Səsli çatlar heç bir zəng olmadan sakit şəkildə çat daxilində ortaya çıxan pəncərə vasitəsilə işə düşürlər. Çata qoşulmaq üçün sadəcə ortaya çıxan pəncərəyə klikləmək kifayətdir. Səsli çatda iştirak etməyən qrup üzvləri çatda iştirak edənləri çatın başlığında və zənglər qovluğunda görə bilərlər. Səsli çat, onda iştirak edən bütün iştirakçıların çatdan çıxdıqları zaman sona çatır. Səsli çat həmçinin çatın birinci və ya sonuncu iştirakçısına 60 dəqiqə ərzində digər üzvlər tərəfindən qoşulma olmayanda da sona çatır. Məlumatda qeyd edilib ki, hal hazırda səsli çatlar funksiyası 33 nəfərdən 128 nəfərə kimi üzvə sahib qrup çatlarında aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib
Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib
Whatsapp-da iki yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Birinci funksiya vasitəsilə istifadəçi messencer daxilindəki zənglər zamanı öz IP ünvanını gizlədə bilər.
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Whatsapp-ın rəhbəri Will Cathcart-ın sözlərinə əsasən messencerdə reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktual olaraq qalır.
Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq
Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq
Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər.
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Kaspersky şirkətinin mütəxəssisləri internetdə Whatsapp üçün nəzərdə tutulmuş təkmilləşdirməni aşkar ediblər.
Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
Bugündən başlayaraq Whatsapp çoxlu sayda smartfonda fəaliyyətini dayandırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!