main-post-cover

    Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq

    Sosial Media
    06.11.2023
    Emil Nəcəfov
         Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, messencerə yeni cihazda elektron poçt ünvanı vasitəsilə avtorizasiya funksiyası əlavə edilib. Hal hazırda bu yeni funksiya Whatsapp-ın beta versiyasının məhdud sayda istifadəçisi arasında aktivdir. Sözügedən funksiya Whatsapp hesabını elektron poçt ünvanına qoşmaq imkanını verir. Bunun sayəsində messencerdəki hesaba yeni cihazda elektron poçt ünvanı vasitəsilə daxil olmaq mümkün olacaq.
         Güman olunur ki, bu cür avtorizasiya üsulu çərçivəsində istifadəçinin elektron poçt ünvanına yoxlama xarakterli məktub göndəriləcək və həmin məktub daxilində link yerləşəcək. Məktubdakı linkə daxil olmaqla istifadəçi avtorizasiya prosesini yekunlaşdıra biləcək. Sözügedən funksiyanı aktivləşdirmək üçün messencer daxilində hesab ayarlarına daxil olub elektron poçt bəndini seçmək daha sonra elektron poçt ünvanını daxil etmək lazım gələcək. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
    azerbaycan-dilli-telegram-kanallari-vasitesile-zererli-whatsapp-tekmillesdirmesi-yayilir
    Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
    bugunden-whatsapp-in-milyonlarla-smartfonda-desteyi-dayandirilir
    Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib
    bir-cihazda-eyni-anda-iki-whatsapp-hesabindan-istifade-funksiyasi-istifadeye-verilib
    Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə veriləcək
    whatsapp-da-avtomatik-silinen-sesli-mesajlar-funksiyasi-istifadeye-verilecek