main-post-cover

    Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib

    Sosial Media
    13.11.2023
    Emil Nəcəfov
         Whatsapp-da iki yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Birinci funksiya vasitəsilə istifadəçi messencer daxilindəki zənglər zamanı öz IP ünvanını gizlədə bilər. Sözügedən funksiya Protect IP address in call adlı düymə şəklində reallaşdırılıb və onun aktivləşdirilməsi üçün istifadəçi Settings -> Privacy -> Advanced keçidini etməlidir. Bu funksiyanın aktivləşdirilməsindən sonra zənglər Whatsapp serverləri üzərindən ötürüləcək. Nəticədə istifadəçinin IP ünvanı gizli şəkildə qalacaq. Nəticədə messencer üzərindən reallaşdırılan zənglər daha təhlükəsiz olmalıdırlar. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, bu cür yüksək konfidensiallığın öz mənfi cəhətləri var.
         Belə ki, sözügedən funksiyanın aktivləşdirilməsindən sonra messencer daxilində reallaşdırılacaq zənglərin səs və görüntü keyfiyyətləri aşağı düşə bilər. Messencer tərtibatçıları xüsusi olaraq vurğulayıblar ki, bu yeni funksiyanın aktiv olub-olmadığından asılı olmayaraq messencer daxilindəki bütün zənglər end-to-end şifrələnməsinə sahibdirlər. İkinci təhlükəsizlik funksiyası barəsində məlumat isə hələ iyul ayında ortaya çıxmışdı. Söhbət, tanış olmayan nömrələrdən gələn zənglərin bloklanmasından gedir. Bu funksiya öz növbəsində spamların və qəliz kiberhücumların qarşısını almaq üçün nəzərdə tutulub. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
    whatsapp-da-reklam-elanlarinin-sergilenmesi-movzusu-hele-de-aktualdir
    Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq
    yeni-cihazda-whatsapp-hesabina-email-vasitesile-daxil-olmaq-mumkun-olacaq
    Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
    azerbaycan-dilli-telegram-kanallari-vasitesile-zererli-whatsapp-tekmillesdirmesi-yayilir
    Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
    bugunden-whatsapp-in-milyonlarla-smartfonda-desteyi-dayandirilir
    Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib
    bir-cihazda-eyni-anda-iki-whatsapp-hesabindan-istifade-funksiyasi-istifadeye-verilib