Whatsapp-da çatların xüsusi şifrə ilə gizlədilməsi funksiyası istifadəyə verilib
Sosial Media
01.12.2023
Emil Nəcəfov
Meta şirkəti Whatsapp-ı təkmilləşdirməyə davam edir. Bu istiqamətdə messencerdə yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. İstifadəyə verilmiş funksiya çatları kənar şəxslərdən güvənilir şəkildə gizlətməyə imkan verir. Nəticədə gizlədilmiş çatlardan yalnız Whatsapp hesabının sahibi məlumatlı olacaq. Söhbət, Secret Code adlı funksiyadan gedir. Sözügedən funksiya çatları kənar şəxslərdən xüsusi şifrə sayəsində gizlədəcək. Funksiyanı ayarlar bölməsində aktivləşdirəndən sonra istifadəçi bu və ya digər çatı xüsusi şifrə vasitəsilə gizlədə biləcək.
Gizlədilmiş çat ümumi çat siyahısında görünməyəcək. Gizlədilmiş çata daxil olmaq üçün istifadəçi sadəcə olaraq axtarış bölməsinə xüsusi şifrəni daxil etməli olacaq. Qeyd etmək lazımdır ki, istifadəçi xüsusi şifrənin tərtib edilməsində hərflərdən, rəqəmlərdən və hətta emojilərdən də istifadə edə bilər. Hal hazırda Secret Code adlı funksiyanın istifadəçilər arasında tədricən istifadəyə verilməsi prosesi gedir. Yaxın aylar ərzində bu funksiya Whatsapp-ın bütün Android və iOS istifadəçiləri üçün aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar
Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar
Son 5 ildə Whatsapp-ın Android versiyasının istifadəçiləri Google Drive-da öz fayllarının ehtiyat kopyalarını pulsuz şəkildə saxlaya bilirdilər.
Whatsapp-da çatları kənar şəxslərdən xüsusi kodla bloklamaq mümkün olacaq
Whatsapp-da çatları kənar şəxslərdən xüsusi kodla bloklamaq mümkün olacaq
Meta şirkəti Whatsapp üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə hazırlaşır.
Whatsapp-da səsli çatlar funksiyası istifadəyə verilib
Whatsapp-da səsli çatlar funksiyası istifadəyə verilib
Whatsapp tərtibatçıları messencerdə səsli çatlar funksiyasının istifadəyə verildiyini elan ediblər.
Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib
Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib
Whatsapp-da iki yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Birinci funksiya vasitəsilə istifadəçi messencer daxilindəki zənglər zamanı öz IP ünvanını gizlədə bilər.
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Whatsapp-ın rəhbəri Will Cathcart-ın sözlərinə əsasən messencerdə reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktual olaraq qalır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ