Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Sosial Media
29.04.2024
Farid Pardashunas
Meta şirkəti istifadəçilərə Instagram daxilində öz çat-botlarını yaratmağa imkan verəcək yeni funksiya üzərində çalışır. Sözügedən yeni funksiya AI Studio adlanır və o, Instagram istifadəçilərinə müxtəlif tapşırıqlar üçün nəzərdə tutulmuş çat-botların yaradılması ilə onların ayarlanması imkanlarını verəcək. İstifadəçilər səyahətlərin planlaşdırılması, alış-veriş, romantik münasibətlər və s. mövzulara hədəflənmiş çat-botları yarada biləcəklər. İnsayderlər AI Studio funksiyasının interfeysini sərgiləyən fotonu təqdim ediblər. Bununla yanaşı məlumatda qeyd edilib ki, istifadəçilər AI Studio vasitəsilə fərdi çat-botlardan əlavə olaraq digərlərinin də istifadə edə biləcəkləri çat-botları yarada biləcəklər. Yəni onlar açıq mənbə şəklində təqdim olunacaqlar və sahib olduqları ayarlara istiqamətlənmiş tapşırıqları yerinə yetirəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti bu il süni zəka sahəsinə 30 milyard dollardan çox investisiya yatıracaq
Meta şirkəti süni zəkaya və onunla bağlı infrastruktura investisiyaları genişləndirməyi planlaşdırır.
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Stanford Universiteti dünyanın ən etibarlı süni intellekt dil modellərini araşdırıb. Araşdırma nəticəsində Anthropic rəqiblərini geridə qoyub.
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət cihazları beyin siqnalları vasitəsilə idarə etməyə imkan verəcək texnologiya üzərində çalışır və bu layihədə bir xeyli irəliləyib.
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, TikTok fotoların mübadiləsi üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiqini istifadəyə verməyə hazırlaşır.
WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur
WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur
Biraz əvvəl biz xəbər verdik ki, Meta şirkəti Instagram-da Meta AI adlı süni zəka əsaslı çat-botunu test etməyə başlayıb. İndi isə məlum olub ki, şirkət eyni çat-botunu həmçinin WhatsApp-da da test edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ