main-post-cover

    TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib

    Sosial Media
    19.04.2024
    Farid Pardashunas
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, TikTok fotoların mübadiləsi üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiqini istifadəyə verməyə hazırlaşır. Beləliklə TikTok Instagram-la foto mövzusunda rəqabətə girməyə hazırlaşır. İndi isə TikTok bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Məşhur servis bildirib ki, onun yeni tətbiqi hal-hazırda ilkin test mərhələsindədir. TikTok üstəlik yeni tətbiqinin bəzi interfeys özəlliklərini əks etdirən fotonu özünün X (keçmiş Twitter) hesabında da bölüşüb. TikTok Notes tətbiqinin nəticədə Instagram ilə lazımi səviyyədə rəqabət apara bilib-bilməyəcəyini zaman göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib
    instagram-da-suni-zeka-esasli-cat-botun-testine-start-verilib
    Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
    instagram-yeniyetmeleri-intim-movzuda-maliyye-deleduzluqlarindan-qoruyacaq
    TikTok Instagram analoqunu istifadəyə verməyə hazırlaşır
    tiktok-instagram-analoqunu-istifadeye-vermeye-hazirlasir
    Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
    instagram-reklam-biznesinde-youtube-dan-daha-cox-gelir-elde-edir
    Instagram yaxın zamanda Blend adlı yeni funksiyanı işə salacaq
    instagram-yaxin-zamanda-blend-adli-yeni-funksiyani-ise-salacaq