Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!
Süni İntellekt
23.04.2024
Farid Pardashunas
Stanford Universiteti dünyanın ən etibarlı süni intellekt dil modellərini araşdırıb. Araşdırma nəticəsində Anthropic rəqiblərini geridə qoyub.
Stanford Universitetinin nəşr etdiyi "AI Index 2024" hesabatı həyatımızın ayrılmaz hissəsinə çevrilən süni intellekt sənayesi ilə bağlı təəccüblü təfərrüatları açıqlayıb. Bu dəfə Stanford Universitetinin səlahiyyətliləri çox detallı bir araşdırma apararaq ən etibarlı süni intellekt dil modellərini təyin ediblər.
Tədqiqat zamanı DecodingTrust prinsipləri çərçivəsində süni intellekt dil modelləri sınaqdan keçirilib. Dərhal DecodingTrust-u izah edək: bu sistem ədalətlilik, qərəzlilik, məxfiliyin qorunması, təhlükəsizlik və maşın öyrənmə etikası kimi mühüm mövzularda süni intellekt dil modellərini qiymətləndirir. Buna əsaslanaraq, Stanford Universiteti bütün məlum süni intellekt dil modellərini sınaqdan keçirdərək onları etibarlılıq səviyyəsinə görə sıralayıblar.
Süni intellekt modeli | Topladığı xal |
---|---|
Claude-2 | 84,52 |
Llama-2-Chat-7b | 74,72 |
GPT-3.5-turbo-0301 | 72,45 |
Llama-2-13B-chat-GPTQ | 71,99 |
Llama-2-13B-chat-AWQ | 71,32 |
GPT-4-0314 | 69,24 |
Tulu-2-13b | 66,51 |
Vicuna-13b-v1.3.0-GPTQ | 65,96 |
Tulu-2-7b | 63,56 |
Zephyr-7b-beta | 63,24 |
Araşdırmaya görə, dünyanın ən etibarlı süni intellekt dili modeli Anthropic tərəfindən hazırlanmış "Claude-2"dir. Bu süni intellekt dil modeli keçirilən testlərdə 84,52 bal toplaya bilib. Siyahının ikinci yerində Metanın "Llama-2-Chat-7b" modelini görürük. Maraqlıdır isə ondadır ki, OpenAI-nin "GPT-4" modeli siyahının ortasında yer alıb. Tədqiqat çərçivəsində xüsusilə GPT tipli modellər üçün əhəmiyyətli bir nəticə çıxarılıb. Belə ki, tədqiqatçıların fikrincə, GPT tipli AI dil modelləri qərəzli nəticələr çıxarmağa və şəxsi məlumatları sızdırmağa meyillidirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
Google bir müddətdir ki, axtarış sistemini süni intellektə əsaslanan xüsusiyyətlərlə gücləndirmək üzərində işləyir. SGE (Search Generative Experience) adlı xüsusiyyət ilə şirkət istifadəçilərə axtarış sorğularına sürətli və aydın cavablar verən süni intellekt xülasələri təklif edəcək.
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət cihazları beyin siqnalları vasitəsilə idarə etməyə imkan verəcək texnologiya üzərində çalışır və bu layihədə bir xeyli irəliləyib.
Apple özünün böyük dil modeli üzərində çalışır
Apple özünün böyük dil modeli üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti aktiv şəkildə özünün böyük dil modeli (Large Language Model / LLM) üzərində çalışır.
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Samsung markasının "Galaxy S24" seriyası ilə təqdim etdiyi "Galaxy AI" süni intellektinin bir bənzər forması da Xiaomi tərəfindən hazırlanır.
Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib
Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib
Microsoft şirkəti VASA-1 adlı yeni süni zəka modelini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ