Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
Sosial Media
11.06.2024
Farid Pardashunas
Böyük dil modeli olan ChatGPT-nin istifadəçi məlumatlarını icazəsiz ələ keçirdiyini iddia edən Elon Musk, Apple-ın istifadəçilərini böyük təhlükə qarşısında qoyduğunu bildirib.
WWDC 2024 tədbirindən sonra paylaşımlar etməyə başlayan Elon Musk, Apple-ın OpenAI ilə əməkdaşlığını tənqid edib. ChatGPT dil modelinin Apple istifadəçilərinin məlumatlarını ələ keçirdiyini iddia edən Musk, Apple-ın öz süni intellektini inkişaf etdirəcək qədər ağıllı olmadığını bldirib.
Musk, daha da irəli gedərək, OS səviyyəsində ChatGPT inteqrasiyası olduğu halda, Apple cihazlarını şirkətlərində qadağan edəcəyini və işçilər qapıdan içəri girən kimi Apple cihazlarını Faradey qəfəsinə yığacağını açıqlayıb. Şərhlərdə Elon Musk-a dəstək verənlərlə yanaşı, onun X istifadəçi məlumatlarını İsrail şirkətlərinə satdığını iddia edənlər də olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemi təqdim edilib
Süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemi təqdim edilib
Apple şirkəti WWDC 2024 konfransı çərçivəsində Apple Intelligence adlı süni zəka ekosistemini təqdim edib. Bu, Apple şirkətinin süni zəka funksiyalarını özündə birləşdirən vahid ekosistemdir.
iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?
iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?
Dünən gecə tərtibatçılar üçün start götürmüş WWDC 2024 konfransı çərçivəsində Apple şirkəti iOS 18 əməliyyat sistemini təqdim etdi.
iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
İnternetdə maraqlı bir video ortaya çıxıb və ortaya çıxmış videonun müəllifinin sözlərinə əsasən videoda iPhone 16-nın batareyasının açılışı əks olunub.
Elon Musk müəyyən səbəbə görə Tesla-dan ayrıla bilər
Elon Musk müəyyən səbəbə görə Tesla-dan ayrıla bilər
Tesla şirkətinin direktorlar şurasının sədri Robyn Denholm şirkət səhmdarlarına açıq məktubla müraciət edərək onları Elon Musk üçün nəzərdə tutulmuş 56 milyard dollarlıq təzminat paketini təsdiqləməyə çağırıb.
iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək
iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək
Gələn həftə (10 iyun) Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!