Elon Musk müəyyən səbəbə görə Tesla-dan ayrıla bilər
Tech-Biznes
07.06.2024
Emil Nəcəfov
Tesla şirkətinin direktorlar şurasının sədri Robyn Denholm şirkət səhmdarlarına açıq məktubla müraciət edərək onları Elon Musk üçün nəzərdə tutulmuş 56 milyard dollarlıq təzminat paketini təsdiqləməyə çağırıb. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Delaver ştatının məhkəmə hakimi Musk üçün nəzərdə tutulmuş təzminat paketinin səhmdarlar tərəfindən ilk təsdiqini yanlış hesab etmiş və təsdiqi bloklamışdı. İndi isə Tesla ikinci dəfə səsvermə keçirtməyə çalışır və səhmdarları 56 milyard dollarlıq təzminat paketinin təsdiqlənməsinə səs vermələrinə razı salmaq üçün əlindən gələni edir.
Öz məktubunda Robyn Denholm bildirib ki, Musk qeyri-adi insan, Tesla isə qeyri-adi şirkətdir. Buna görə də bu şirkətdə top menecerin motivasiyasını adi üsullarla təmin etmək mümkün deyil. Denholm-un sözlərinə əsasən Musk kimi unikal bir şəxsi əldə saxlamaq üçün qeyri-adi bir şey lazımdır. Denholm, Musk-ın Tesla və onun SpaceX, Neuralink, Boring Company kimi digər layihələri arasında seçim etmə imkanına sahib olmasına işarə edir. Və əgər Tesla səhmdarları nəzərdə tutulan təzminat paketini təsdiqləməsələr, Musk şirkətdən ayrılmağı və öz zamanını digər layihələrinə sərf etməyi istəyə bilər.
Məlumata əsasən məsələ əslində pulda deyil. Musk onsuz da dünyanın hal-hazırda ən varlı şəxsidir. O sadəcə onun Tesla-ya vermiş olduğu töhfənin səhmdarlar və direktorlar şurası tərəfindən qəbul edilməsini əks etdirə biləcək motivasiya istəyir. Bir çox investor və analitiklər daha öncə bildirmişdilər ki, Musk digər layihələrinə çox diqqət ayırır. Bu isə öz növbəsində Tesla-ya mənfi təsir göstərir. Bununla belə Musk Tesla səhmlərinin 25%-ni əldə etmək kimi iddialı məqsədinin olduğunu heç gizlətmir.
Bunun olacağı halda o, şirkət daxilində daha geniş söz sahibi olacaq. Beləliklə Tesla səhmdarları qarşısında heç də asan olmayan seçimlər dayanıb. Bir tərəfdən ictimai şirkətin CEO-su üçün 56 milyard dollar həcmində vəsait çox böyükdür. Digər tərəfdən Musk-ın uzaqgörənliyi, enerjisi və qeyri-adi ideyaları Tesla-nı innovasiyalı şirkətə çevirmiş amillərdir. Denholm-un fikrincə əgər Musk şirkətdən ayrılsa, bu, Tesla-nın biznesinə və səhmlərinə ciddi zərər vuracaq. Musk üçün nəzərdə tutulmuş təzminat paketinə səsvermə 13 iyun tarixində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla elektromobilləri 3 il ərzində öz batareya həcmlərinin 1/4 hissəsini itirirlər
Tesla elektromobilləri 3 il ərzində öz batareya həcmlərinin 1/4 hissəsini itirirlər
Ətraf mühitin qorunması agentliyi olan EDA-nın Recurrent adlı şirkətin tədqiqatına istinadən olan hesabatında qeyd edilib ki, Tesla Model 3 və Model Y elektromobillərinin ortalama batareya həcmləri 3 ildən sonra ilkin göstəricidən 64%-ə enir.
Elon Musk-ın "WhatsApp təhlükəsiz deyil" iddiasına cavab gəlib!
Elon Musk-ın "WhatsApp təhlükəsiz deyil" iddiasına cavab gəlib!
Elon Musk, sosial media platformasında WhatsApp-ın hər gecə istifadəçi məlumatlarını ixrac etdiyi iddiasını təkrarlayaraq müzakirələrə səbəb olub. WhatsApp rəhbərinin isə bu iddiaya cavabı gecikməyib.
Tesla-nın avtonom sürüş sistemi, tıxacda insansayağı davranış göstərərək maraqlı görüntülərə səbəb olub! (VİDEO)
Tesla-nın avtonom sürüş sistemi, tıxacda insansayağı davranış göstərərək maraqlı görüntülərə səbəb olub! (VİDEO)
Tesla-nın avtonom sürüş sistemi sola dönmək üçün tıxacda gözləmək əvəzinə insan kimi davranaraq sağdan avtomobilləri ötərək sürətlə sol zolağa daxil olub.
Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
xAI-nin superkompüter layihəsi ortaya çıxıb. Elon Musk, şirkətin süni intellektini dəstəkləməsi üçün investorlar axtarışındadır.
Cybertruck-ın off-road testləri sosial mediada müzakirələrə səbəb olub! (VİDEO)
Cybertruck-ın off-road testləri sosial mediada müzakirələrə səbəb olub! (VİDEO)
Bir TikToker, Cybertruck-ın off-road performansını test edərək öz sosial media hesabında paylaşıb, lakin Cybertruck bu testdən keçə bilməyib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!