Google öz çat-botunun adını dəyişdi və onun Android tətbiqini istifadəyə verdi
Proqram Təminatı
09.02.2024
Emil Nəcəfov
Google öz süni zəka texnologiyalarının rebrendinqini anons edib. Beləliklə şirkətin bütün süni zəka texnologiyaları bundan sonra Gemini adı altında təqdim olunacaqlar. Şirkət hətta öz süni zəka əsaslı çat-botunun adını da Gemini ilə əvəz edib və onun Android tətbiqini istifadəyə verib. Google şirkətinin Bard adlı çat-botu bundan sonra Gemini adlanacaq. Şirkətin Google Workspace ofis tətbiqlərindəki süni zəka funksiyaları da Gemini brendi altında birləşəcəklər.
Gemini çat-botunun Android üçün istifadəyə verilmiş tətbiqini smartfona Google Assistant-ın əvəzləyicisi kimi quraşdırmaq mümkündür. Şirkət Gemini-nin iOS üçün tətbiqini istifadəyə verməyi hələ planlaşdırmır. Şirkətin reallaşdırdığı digər bir yenilik Gemini Ultra 1.0 süni zəka modelinin istifadəyə verilməsidir. Bu, hal-hazırda Google şirkətinin ən funksional süni zəka sistemidir. İstifadəçilər Gemini Ultra-dan Gemini Advanced adlı ödənişli abunəlik çərçivəsində istifadə edə bilərlər. Gemini Advanced öz növbəsində Google One AI Premium tarif paketinə daxildir və ondan aylıq istifadə haqqı 20$ təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Google Pixel Fold 2-nin prototipinin fotosu təqdim edilib
Qatlana bilən Google Pixel Fold 2-nin prototipinin fotosu təqdim edilib
Bir neçə saat əvvəl Android Authority saytı xəbər verdi ki, Google şirkəti qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır.
Google qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır
Google qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır
Android Authority saytının vermiş olduğu məlumata əsasən Google şirkəti öz yeni qatlana bilən smartfonu üzərində çalışır.
Google öz çat-botunun adını Gemini-yə dəyişməyi və onun Android tətbiqini işə salmağı planlaşdırır
Google öz çat-botunun adını Gemini-yə dəyişməyi və onun Android tətbiqini işə salmağı planlaşdırır
Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botuna sahibdir və şirkət onu aktiv şəkildə inkişaf etdirir.
Süni zəka əsaslı Google Bard çat-botu fotoların tərtibatı funksiyasını əldə edib
Süni zəka əsaslı Google Bard çat-botu fotoların tərtibatı funksiyasını əldə edib
Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun böyük yenilənməni əldə etdiyini elan edib.
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!