main-post-cover

    Google qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır

    Cihazlar+
    08.02.2024
    Emil Nəcəfov
         Android Authority saytının vermiş olduğu məlumata əsasən Google şirkəti öz yeni qatlana bilən smartfonu üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin yeni qatlana bilən smartfonu Google Pixel Fold 2 adlanacaq. Məlumata əsasən Pixel Fold 2 smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu ilin payız fəslində təqdim olunacaqları gözlənilən Pixel 9 smartfonları da sözügedən prosessoru əldə etməlidirlər.  Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Pixel Fold 2 smartfonu 16 GB RAM-ı və UFS 4.0 standartlı daxili yaddaş həcmini əldə edəcək. Smartfon barəsində digər bir məlumat hələ yoxdur. Pixel Fold 2-nin bu il ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google öz çat-botunun adını Gemini-yə dəyişməyi və onun Android tətbiqini işə salmağı planlaşdırır
    google-oz-cat-botunun-adini-gemini-ye-deyismeyi-ve-onun-android-tetbiqini-ise-salmagi-planlasdirir
    Süni zəka əsaslı Google Bard çat-botu fotoların tərtibatı funksiyasını əldə edib
    suni-zeka-esasli-google-bard-cat-botu-fotolarin-tertibati-funksiyasini-elde-edib
    Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
    texnoloji-sirketlerin-suni-zeka-startaplarina-investisiyalari-abs-tenzimleyici-orqani-terefinden-arasdirilir
    Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır
    google-smart-saatlar-ucun-wearos-5-emeliyyat-sistemini-hazirlayir
    Google Pixel 9-un render fotoları təqdim edilib
    google-pixel-9-un-render-fotolari-teqdim-edilib