main-post-cover

    Süni zəka əsaslı Google Bard çat-botu fotoların tərtibatı funksiyasını əldə edib

    Proqram Təminatı
    02.02.2024
    Emil Nəcəfov
         Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun böyük yenilənməni əldə etdiyini elan edib. Yenilənmə çərçivəsində şirkət öz çat-botuna Gemini Pro dil modelini və Imagen 2 əsasında fotoların tərtibatı funksiyasını inteqrasiya edib. Daha öncə Bard tərkibində Gemini Pro yalnız ingilis dilini dəstəkləyirdi. İndi isə çat-bot Gemini Pro-nu 40 dildə istifadə edə bilir. Bununla yanaşı Bard-ı artıq Azərbaycan ərazisində də istifadə etmək mümkündür.
         Lakin çat-bota hələ ki, azərbaycan dili dəstəyi əlavə edilməyib. Çat-botda reallaşdırılmış əsas yenilik mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyasıdır. Bu funksiyanın əsasını öz növbəsində Imagen 2 sistemi təşkil edir. Bard vasitəsilə fotoların tərtibatı mövzusunda Google şirkəti prosesə “draw”, “create” və ya “generate” sözləri ilə start verməyi məsləhət görür. Daha sonra istifadəçi fotonun tərzini və planlaşdırılan fotonun vizual təsvirini qeyd edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
    texnoloji-sirketlerin-suni-zeka-startaplarina-investisiyalari-abs-tenzimleyici-orqani-terefinden-arasdirilir
    Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır
    google-smart-saatlar-ucun-wearos-5-emeliyyat-sistemini-hazirlayir
    Google Pixel 9-un render fotoları təqdim edilib
    google-pixel-9-un-render-fotolari-teqdim-edilib
    Google Pixel 8a-nın dizaynı ortaya çıxıb
    google-pixel-8a-nin-dizayni-ortaya-cixib
    Google öz yeni mobil prosessorunu Samsung-un yardımı olmadan hazırlayacaq
    google-oz-yeni-mobil-prosessorunu-samsung-un-yardimi-olmadan-hazirlayacaq