main-post-cover

    ChatGPT öz cavablarını nitq vasitəsilə təqdim etmə funksiyasını əldə edib

    Proqram Təminatı
    06.03.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti özünün süni zəka əsaslı ChatGPT çat-botu üçün yeni funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya çat-botun öz cavablarını istifadəçiyə nitq vasitəsilə təqdim etmək imkanını verir. ChatGPT üçün olan bu yeni funksiya Read Aloud adını əldə edib. Sözügedən yeni funksiya ChatGPT-nin Android iOS üçün nəzərdə tutulmuş tətbiqində artıq istifadəyə verilib.
         Funksiyanı aktivləşdirmək üçün sadəcə olaraq çat-bot tərəfindən mətn formatında təqdim edilmiş hər hansısa cavaba klikləyib saxlamaq və ortaya çıxacaq kontekst menyuda Read Aloud bəndini seçmək lazımdır. OpenAI həmçinin bildirib ki, Read Aloud funksiyası tədricən ChatGPT-nin veb versiyasına da inteqrasiya edilir. Veb versiyada funksiyadan istifadə etmək üçün çat-botun mətnli cavabının alt hissəsində yerləşən mikrofon ikonuna klikləmək lazım gələcək. Read Aloud funksiyası 35 dili dəstəkləyir və istifadəçilər səslənmə üçün təqdim edilmiş 5 səsdən birini seçə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
    elon-musk-openai-sirketini-mehkemeye-verib
    OpenAI robotlar üçün süni zəka modellərini hazırlayacaq
    openai-robotlar-ucun-suni-zeka-modellerini-hazirlayacaq
    OpenAI şirkətinin bazar dəyəri 80 milyard dollara yüksələcək
    openai-sirketinin-bazar-deyeri-80-milyard-dollara-yukselecek
    GPT-5 ən qədim dillərdən birini deşifrələmə potensialına sahibdir
    gpt-5
    OpenAI CEO-su ChatGPT-ni tarixdə ilk dəfə işqı üzü görmüş mobil telefon ilə müqayisə edib
    openai-ceo-su-chatgpt-ni-tarixde-ilk-defe-isqi-uzu-gormus-mobil-telefon-ile-muqayise-edib