main-post-cover

    Tesla-nın Çindəki fabriki, hər 30 saniyədən bir "Model Y" avtomobili istehsal edir!

    Nəqliyyat
    19.07.2024
    Farid Pardashunas

         Bildirilir ki, Tesla, Gigafactory Shanghai-da 95% miqdarında avtomatlaşdırma istehsalına keçib. Əlavə olaraq, fabrikdə hər 30 saniyədən bir "Model Y" avtomobilinin istehsal edildiyi də söylənilir.

         Tesla, bu yaxınlarda Gigafactory Shanghai obyektinin qapılarını mətbuat mənsublarına açaraq mövcud vəziyyəti göstərib. Bu kontekstdəki hesabatlar, Tesla-nın fabrikinin tam gücü ilə işlədiyini və hər 30 saniyədən bir "Model Y" avtomobili istehsal etdiyini göstərir. Tesla-nın istehsalı daha səmərəli etmək üçün xəttin uzunluğunu 100 metr qısaltdığı və yeni şaquli liftlər kimi dəyişikliklər etdiyi bildirilir. Bununla birlikdə obyektin 95% avtomatlaşdırıldığı da vurğulanır.
         Məlumata görə, obyektin montaj şöbəsi qapıları, gövdələri və digər komponentləri daşıyan şaquli liftlərlə şaquli şəkildə yığılmış, ikiyollu konfiqurasiyadan istifadə edir. 4 montaj sexinin bir-birinə bağlı olduğu və istehsal olunan hissələrin sex daxilində daşına biləcəyi də bildirilir. Bu istehsal proseslərində geniş şəkildə istifadə edilən robot qollar ilə obyektin avtomatlaşdırma səviyyəsi yüksək səviyyələrə çatır. Hətta bildirilir ki, Tesla-nın obyektdəki qaynaq sexinin avtomatlaşdırma göstəricisi 100%-ə yaxınlaşır.
         Tesla, təkcə Çində avtomobil istehsal etmək istəmir. Şirkət, Shanghai Energy Storage Super Factory layihəsində də addımlar atmağa davam edir. Bu layihə çərçivəsində Tesla, Çində enerji saxlama məhsulu olan Megapack-in kütləvi istehsalını hədəfləyir. Tesla Çin Vitse-prezidenti Tao Lin, açıqlamasında Megapack istehsal etməyi planlaşdıran Megafactory-nin 2025-ci ildə istehsala girəcəyini söyləyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla, "güllə keçirməz" Cybertruck üçün qalxan istehsal edib!
    tesla-gulle-kecirmez-cybertruck-ucun-qalxan-istehsal-edib
    Tesla avtopilotu Elon Musk-ın sürücülük təcrübəsi əsasında tənzimlənir
    tesla-avtopilotu-elon-musk-in-suruculuk-tecrubesi-esasinda-tenzimlenir
    Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
    elon-musk-ile-bagli-kriptovalyuta-deleduzluqlari-davam-edir
    Elon Musk, Tesla Roadster-in uça biləcəyini iddia edib!
    elon-musk-tesla-roadster-in-uca-bileceyini-iddia-edib
    Elon Musk müəyyən səbəbə görə Tesla-dan ayrıla bilər
    elon-musk-mueyyen-sebebe-gore-tesla-dan-ayrila-biler