main-post-cover

    Tesla, "güllə keçirməz" Cybertruck üçün qalxan istehsal edib!

    Nəqliyyat
    17.07.2024
    Farid Pardashunas

         Tesla, bu gün nəhəng pikap yük maşını Cybertruck üçün istehsal etdiyi baqaj qalxanını təqdim edib. Bundan əlavə, Tesla, bir neçə yeni aksesuar təqdim edərək, "güllə keçirməz" kimi tanınan pikap yük maşınını daha davamlı hala gətirib.

         Tesla, bu gün güllə keçirməyən yük maşınının arxa qapısı üçün istehsal etdiyi qalxanını təqdim edib. Şirkətin açıqlamalarına görə, baqajın qapağına qoyulan bu qalxanın məqsədi avtomobilin arxa hissəsində daşınan materialların avtomobilə hər hansısa zədə vurmaması üçündür. 300 dollar qiymətinə satılacaq bu qalxan, təyinatına görə, effektiv görünsə də, Tesla Cybertruck, çəkic və güllə kimi əşyalara qarşı davamlı olduğu üçün mübahisə mövzusuna çevrilib.
         Digər tərəfdən, şirkət piknik, idman və açıq hava tədbirləri üçün hazırlanmış baqaj oturacağını da təqdim edib və baqajın içərisinə quraşdırılan bu oturacağı 100 dollar qiymətinə satışa çıxarıb. Həm tək başına, həm də qalxanla quraşdırıla bilən oturacaq, qatlana bilən quruluşa malikdir.
        Cybertruck-un baqajı üçün iki yeni aksessuarı istehlakçılarına təqdim edən şirkət, düşərgə, piknik və ya müxtəlif açıq hava fəaliyyətini sevənlər üçün 2 ucuz yenilik təklif edir. Oturacaq ideyası nə qədər məntiqli görünsə də, gülləkeçirməz avtomobilə qalxan satmaq bir qədər qəribə görünür. Bununla belə, velosiped və ya xizək kimi əşyaların yaratdığı kiçik cızıqlar üçün faydalı ola biləcəyini söyləyə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla avtopilotu Elon Musk-ın sürücülük təcrübəsi əsasında tənzimlənir
    tesla-avtopilotu-elon-musk-in-suruculuk-tecrubesi-esasinda-tenzimlenir
    Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
    elon-musk-ile-bagli-kriptovalyuta-deleduzluqlari-davam-edir
    Elon Musk, Tesla Roadster-in uça biləcəyini iddia edib!
    elon-musk-tesla-roadster-in-uca-bileceyini-iddia-edib
    Elon Musk müəyyən səbəbə görə Tesla-dan ayrıla bilər
    elon-musk-mueyyen-sebebe-gore-tesla-dan-ayrila-biler
    Tesla elektromobilləri 3 il ərzində öz batareya həcmlərinin 1/4 hissəsini itirirlər
    tesla-elektromobilleri-3-il-erzinde-oz-batareya-hecmlerinin-14-hissesini-itirirler