main-post-cover

    Məşhur insayder vivo Pad 3 planşetinin texniki imkanlarını açıqlayıb

    Cihazlar+
    07.03.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder vivo-nun hələ təqdim olunmamış yeni cihazları barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder şirkətin təqdimata hazırlaşan vivo Pad 3 planşetinin texniki imkanlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən vivo Pad 3 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3096x2064 piksel keyfiyyətli 12.95 düym LCD ekranla təchiz olunacaq.
         Planşet MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM ilə 512 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə vivo Pad 3 planşeti 80 vatt gücündə sürətli şarj texnologiyalı 11 500 mAh enerji tutumlu batareyanı əldə edəcək. Vivo Pad 3-ün yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən adi vivo X Fold 3-ün texniki özəllikləri açıqlanıb
    qatlana-bilen-adi-vivo-x-fold-3-un-texniki-ozellikleri-aciqlanib
    Qatlana bilən vivo X Fold 3 Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb
    qatlana-bilen-vivo-x-fold-3-pro-nun-keyfiyyetli-render-fotosu-ortaya-cixib
    Qatlana bilən vivo X Fold 3 Pro-nun sxematik fotosu təqdim edilib
    qatlana-bilen-vivo-x-fold-3-pro-nun-sxematik-fotosu-teqdim-edilib
    Qatlana bilən vivo X Fold 3-ün hansı prosessor ilə kameraları əldə edəcəyi açıqlanıb
    qatlana-bilen-vivo-x-fold-3-un-hansi-prosessor-ile-kameralari-elde-edeceyi-aciqlanib
    Qlobal bazarda vivo v30 Pro smartfonu təqdim olunub
    qlobal-bazarda-vivo-v30-pro-smartfonu-teqdim-olunub