main-post-cover

    Qatlana bilən vivo X Fold 3-ün hansı prosessor ilə kameraları əldə edəcəyi açıqlanıb

    Cihazlar+
    29.02.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış qatlana bilən vivo X Fold 3 smartfonu barəsində məlumatlar verməyə davam edir. Bu dəfə insayder bildirib ki, sözügedən smartfon bazarda Snapdragon 8 Gen 3 prosessoruna sahib ilk qatlana bilən smartfon olacaq. Bununla yanaşı vivo X Fold 3 smartfonu özündə üçlü arxa kameranı birləşdirəcək və onlar Zeiss şirkətinin kameraları olacaqlar. Məlumatda qeyd edilib ki, arxa kameralardan ikisi 50 MP-lik, biri isə 64 MP-lik olacaq. Əsas arxa kamera optik stabilizasiya funksiyasını əldə edəcək və saniyədə 60 kadr sürətlə 4K keyfiyyətli videolar çəkə biləcək. Vivo X Fold 3-ün vivo X Fold 3 Pro ilə birlikdə yaz fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda vivo v30 Pro smartfonu təqdim olunub
    qlobal-bazarda-vivo-v30-pro-smartfonu-teqdim-olunub
    Vivo X100 smartfon seriyasının daha bir yeni modeli hazırlanır
    vivo-x100-smartfon-seriyasinin-daha-bir-yeni-modeli-hazirlanir
    Məşhur insayder vivo Pad 3 Pro planşetinin bəzi texniki özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-pad-3-pro-plansetinin-bezi-texniki-ozelliklerini-aciqlayib
    Qatlana bilən vivo X Fold 3 vasitəsilə distant şəkildə Mac kompüterini idarə etmək mümkün olacaq
    qatlana-bilen-vivo-x-fold-3-vasitesile-distant-sekilde-mac-komputerini-idare-etmek-mumkun-olacaq
    Məşhur insayder vivo X100 Ultra flaqman smartfonunun bəzi özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-x100-ultra-flaqman-smartfonunun-bezi-ozelliklerini-aciqlayib