main-post-cover

    Qatlana bilən vivo X Fold 3 Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb

    Cihazlar+
    04.03.2024
    Emil Nəcəfov
         Vivo şirkətinin hazırladığı yeni qatlana bilən vivo X Fold 3 Pro smartfonunun keyfiyyətli render fotosu və texniki göstəriciləri Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən vivo X Fold 3 Pro smartfonu 2480x2200 piksel keyfiyyətli 8.03 düym daxili ekrana və 2748x1172 piksel keyfiyyətli 6.53 düym xarici ekrana sahib olacaq. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bunun sayəsində vivo X Fold 3 Pro bazarda Snapdragon 8 Gen 3 prosessorunu əldə etmiş ilk qatlana bilən smartfon olacaq. Bununla yanaşı sözügedən smartfonun 16 GB RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Vivo X Fold 3 Pro smartfonu adi vivo X Fold 3 ilə birlikdə yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 Pro-nun sxematik fotosu təqdim edilib
    qatlana-bilen-vivo-x-fold-3-pro-nun-sxematik-fotosu-teqdim-edilib
    Qatlana bilən vivo X Fold 3-ün hansı prosessor ilə kameraları əldə edəcəyi açıqlanıb
    qatlana-bilen-vivo-x-fold-3-un-hansi-prosessor-ile-kameralari-elde-edeceyi-aciqlanib
    Qlobal bazarda vivo v30 Pro smartfonu təqdim olunub
    qlobal-bazarda-vivo-v30-pro-smartfonu-teqdim-olunub
    Vivo X100 smartfon seriyasının daha bir yeni modeli hazırlanır
    vivo-x100-smartfon-seriyasinin-daha-bir-yeni-modeli-hazirlanir
    Məşhur insayder vivo Pad 3 Pro planşetinin bəzi texniki özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-pad-3-pro-plansetinin-bezi-texniki-ozelliklerini-aciqlayib