Rəqəmsal dələduzlar arasındakı əsas trendlər açıqlanıb
Təhlükəsizlik
02.07.2024
Emil Nəcəfov
Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər. Məlum olub ki, bu ilin ikinci rübündə istifadəçilər daha çox arzuolunmaz reklam tətbiqləri, reklam istiqamətli troyan (trojan) tətbiqlər və digər troyan tətbiqlər daxilində olmuş zərərli proqram təminatları ilə qarşılaşıblar. Dr.Web mütəxəssisləri 2024-cü ilin ikinci rübündə rəqəmsal dələduzlar arasında 3 trendi xüsusi olaraq ayırıblar.
- Reklam istiqamətli proqram təminatları ilə troyan tətbiqlərinin yüksək aktivlikləri
- Elektron poçt trafikində çoxlu sayda zərərli skriptlər ilə bütün növ fişinq (phishing) sənədlərinin mövcudluğu
- Android.HiddenAds sinifinə daxil olan reklam istiqamətli troyan tətbiqlərin daha çox halda istifadə edilmələri.
Bununla yanaşı məlumatda qeyd edilib ki, mütəxəssislər Google Play platformasında Android.FakeApp sinifinə daxil olan virusları aşkar ediblər. Onlardan bəziləri maliyyə tətbiqləri ilə sorğu və viktorinalar üçün nəzərdə tutulmuş servislər şəklində yayılıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
Jurnalistlər dünən YouTube-da 5 saatlıq canlı yayım aşkar ediblər. Aşkar edilmiş canlı yayımda Elon Musk-ın deepfake görüntüsündən istifadə edilərək istifadəçilər arasında kriptovalyuta dələduzluğu yayılıb.
İnternetdən istifadə edən hər kəsə təsir edə biləcək təhlükəsizlik açığı aşkar edilib!
İnternetdən istifadə edən hər kəsə təsir edə biləcək təhlükəsizlik açığı aşkar edilib!
nternet bağlantısının gecikməsindən istifadə edərək istifadəçilərin internet tarixçəsini izləməyə imkan verən təhlükəsizlik açığı aşkar edilib. Üstəlik, bu təhlükəsizlik açığını bağlamağın heç bir yolu yoxdur.
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar.
Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib.
Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ