Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Təhlükəsizlik
21.06.2024
Emil Nəcəfov
Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər. Nəticədə onlar təyin ediblər ki, aşkar edilmiş şifrələrin 45%-i (87 milyon şifrə) hakerlər tərəfindən 1 dəqiqə ərzində təyin edilə bilər. Aşkar edilmiş şifrələrin çox hissəsi xüsusi alqoritmlər tərəfindən rahatlıqla oğurlana bilər. Məlumata əsasən aşkar edilmiş şifrələrin 14%-ni (27 milyon şifrə) təyin etmək üçün 1 saat, 8%-ni (15 milyon şifrə) təyin etmək üçün isə 1 sutka vaxt lazımdır.
Məlumatda qeyd edilib ki, xüsusi alqoritmlər şifrələrdəki simvolların əvəzlənməsini aşkar edə bilirlər. Söhbət, “e”-nin “3’’, “1”-in “!” və ya “a”-nın “@” ilə əvəzlənməsindən gedir. Bununla yanaşı şifrələrin təyin edilməsində hakerlər tərəfindən istifadə edilən alqoritmlərin “qwerty” və “12345” kimi şifrə kombinasiyalarından da xəbərləri var. Bundan əlavə olaraq məlumata əsasən darknetdə aşkar edilmiş şifrələrin 25%-i olduqca qəliz şifrələrdir. Belə ki, onların təyin edilməsinə 1 ildən çox zaman sərf edilə bilər. Mütəxəssislər bildiriblər ki, analiz edilmiş şifrələrin əksəriyyətində forever, hacker, admin kimi sözlərdən və “qwerty12345”, “12345” kimi şifrə kombinasiyalarından istifadə edilib. Bunlar isə həmin şifrələrin etibarlılıq səviyyələrini aşağı salırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Ortaya çıxmış yeni məlumata əsasən TikTok istifadəçiləri öz hesablarının oğurlanması təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər.
ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) mobil cihazlar üçün artan təhlükələr barəsində xəbərdarlıq edib.
ABŞ Milli Təhlükəsizlik Agentliyi xəbərdarlıq edib: Telefonlarınızı yenidən başladın!
ABŞ Milli Təhlükəsizlik Agentliyi xəbərdarlıq edib: Telefonlarınızı yenidən başladın!
iPhone və Android istifadəçilərinə mühüm təhlükəsizlik xəbərdarlığı gəlib: Özünüzü "Zero Click" proqram təminatından qorumaq üçün telefonlarınızı yenidən başladın.
Kompüterlərdə süni zəka tətbiqi kimi maskalanan yeni virus yayılır
Kompüterlərdə süni zəka tətbiqi kimi maskalanan yeni virus yayılır
Kaspersky Lab şirkətinin mütəxəssisləri yeni zərərli proqram təminatını aşkar ediblər.
Dövlət orqanları WhatsApp-ın gizli boşluğundan istifadə edərək istifadəçiləri izləyirlər
Dövlət orqanları WhatsApp-ın gizli boşluğundan istifadə edərək istifadəçiləri izləyirlər
Mart ayında WhatsApp-ın təhlükəsizlik komandası Meta şirkətinə məlumat vermişdi ki, messencerin güclü şifrələmə sisteminə sahib olmasına baxmayaraq hökumətlər messencer istifadəçilərini izləməyə davam edirlər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!