main-post-cover

    Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar

    Təhlükəsizlik
    24.06.2024
    Emil Nəcəfov
         Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar. ChatGPT və ona bənzər digər çat-botlar fişinq (phishing) məktublar üçün daha inandırıcı və səlis mətnlər tərtib edirlər. Bu cür məktubların doğruluqlarını isə ənənəvi üsullar vasitəsilə təyin etmək çətindir. Məlumata əsasən hakerlər və dələduzlar süni zəkanı real insanların səslərinin imitasiyasında və saxta audio ilə videoların tərtib edilməsində istifadə edirlər. Bunun sayəsində onlar özlərini bank əməkdaşları və şirkət rəhbərləri kimi qələmə verərək pul köçürmələrini reallaşdırır və ya konfidensial məlumatları əldə edirlər.
         ABŞ xüsusi xidmət orqanlarının keçmiş casusu Matt Neill-in sözlərinə əsasən hal-hazırda hansısa şəxsin belə hallarda qarşı tərəfdən kiminlə ünsiyyət qurduğunu təyin etmək mümkün olmur. Belə ki, haker və ya dələduz öz qurbanının məlumatlarından istifadə edərək onunla dialoq qura bilər. Bu halda qurbanın haker və ya dələduza etimadı yüksəlir. Lakin ABŞ-ın JPMorgan Chase kimi böyük bankları yeni dələduzluq sxemlərinin aşkara çıxarılması yolunda öz süni zəka sistemlərini yaradırlar. Buna baxmayaraq kibercinayətkarlar bir addım öndədirlər. Onlar daha çox insana qarşı kiberhücumlar reallaşdırırlar və nəticədə oğurlanan vəsaitlərin həcmi getdikcə artır.
         ABŞ Federal Ticarət Komissiyasının məlumatına əsasən 2023-cü ildə amerikalılar dələduzların sxemləri səbəbilə ümumilikdə 10 milyard dollar vəsait itiriblər. 2022-ci ildə isə bu göstərici 9 milyard dollar təşkil etmişdi. Bununla belə məlumata əsasən bu cür kibercinayətlərdən zərər çəkmişlərin yalnız 5%-i bu barədə məlumat verir. Buna görə də dəymiş zərər əslində 200 milyard dollara çata bilər. Mütəxəssislərin sözlərinə əsasən hakerlər və dələduzlar istifadəçilərin sosial şəbəkələrdəki özəl məlumatlarını əldə etmək üçün süni zəka texnologiyalarından istifadə edirlər. Bununla belə süni zəka insanların pul vəsaitlərini və ya hansısa konfidensial məlumatı təqdim etmələri üçün onların etibar etdikləri şəxslərin adından xüsusi mesajların tərtib edilməsində istifadə edilir.
         Bank mütəxəssisləri arasında aparılmış sorğunun iştirakçılarının 70%-i hesab edir ki, hakerlər süni zəkanı maliyyə təşkilatlarından daha effektiv istifadə edirlər. Bununla yanaşı süni zəka istifadəsi ilə reallaşdırılan kibercinayətlərin sayında artım olacağı proqnozlaşdırılır. Məlumata əsasən hakerlər süni zəka texnologiyalarını həmçinin istifadəçilərin müxtəlif online hesablarının sındırılması prosesinin avtomatlaşdırılmasında da istifadə edirlər. Belə ki, əgər onlar istifadəçinin elektron poçt ünvanı ilə şifrəsini əldə edirlərsə, növbəti mərhələdə əldə edilmiş elektron poçt ünvanı ilə şifrənin istifadəçinin digər servislərindəki hesablarının əldə edilməsi üçün uyğun gəlib-gəlmədikləri süni zəka alətləri vasitəsilə yoxlanılır.
         Bu üsul ilə bank hesablarının oğurlanması da reallaşdırılır. Bu cür hallarla mübarizə aparmaq üçün banklar öz süni zəka sistemlərini hazırlayırlar. Onların süni zəka sistemləri bank müştərilərinin davranışlarını izləyir. Yəni istifadəçi bank hesabı məlumatını necə və hansı cihazdan daxil edir və s. Əgər sistem daha öncə müşahidə edilmiş davranışlardan seçilən hansısa əməliyyatı təyin etsə, bu zaman sistem bank hesabına daxil olmaq istəyən şəxsdən əlavə autentifikasiyadan keçməyi tələb edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
    hakerler-50-cent-in-x-deki-hesabini-sindiraraq-yarim-saatda-3-milyon-dollar-qazaniblar
    GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
    gpt-5-felsefe-doktoru-seviyyesinde-zekaya-sahib-olacaq
    OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
    openai-sirketinin-hemtesiscisi-oz-suni-zeka-sirketini-tesis-edib
    Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
    hakerler-movcud-sifrelerin-45-ni-1-deqiqeye-teyin-ede-bilerler
    GPT-4 əsaslı çat-bot Turing testindən keçib
    gpt-4-esasli-cat-bot-turing-testinden-kecib