Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Digər
13.08.2024
Farid Pardashunas
Donald Trump və Elon Musk, X-də canlı söhbət ediblər. Söhbət zamanı Trump və Musk, həmçinin mineral yanacaqlar, elektrikli nəqliyyat vasitələri və iqlim dəyişikliyi ilə bağlı fikirlərini də bildiriblər.
Musk və Trump-ın böyük marağa səbəb olan canlı söhbəti, texniki problemlər səbəbindən 40 dəqiqədən çox gecikib. İmmiqrasiya, inflyasiya və xarici siyasətlə bağlı uzun və qarışıq müzakirələrdən sonra mövzu nəhayət enerji və iqlim dəyişikliyinə çevrilib. Musk, təəccüblü şəkildə mineral yanacaq sənayesini müdafiə edən bir açıqlama verib. Belə ki, Musk açıqlamasında “Düşünürəm ki, biz neft və qaz sənayesini və iqtisadiyyatı dəstəkləmək üçün lazım olan enerjini təmin edən sənayelərdə çalışan insanları aşağılamamalıyıq” deyə bildirib. Tesla ilə elektrikli avtomobil sənayesində inqilab edən və davamlı gələcək hədəfləyən Musk, neft və qaz şirkətlərinin bağlanmaq məcburiyyətində qalacağı təqdirdə iqtisadiyyatın çökəcəyini söyləyib.
Musk, həmçinin, elmi ictimaiyyətin bəşəriyyətin sürətlə iqlimlə bağlı dönüş nöqtəsinə çatması xəbərdarlığına baxmayaraq, planetin "50 və ya 100 il" ərzində davamlı enerji iqtisadiyyatına keçə biləcəyini söyləyib. Trump isə daha sonra bunu "500-1000 il" olaraq düzəldib. Musk, sözlərinə belə davam edib: "Yəni evimiz dərhal yanmır. Amma düşünürəm ki, bu, bizim düzəltməli olduğumuz bir şeydir. Yavaş hərəkət etməkdənsə, davamlı gələcəyə doğru daha sürətli hərəkət etmək yəqin ki, daha yaxşıdır. Lakin neft-qaz sənayesini gözdən salmadan və qısa müddətdə çətinliklər yaratmadan".
Donald Trump isə iqlim dəyişikliyini böyük təhlükə kimi görmədiyini deyib və zarafat edərək dəniz səviyyəsinin yüksəlməsinin insanların daha çox “okean sahili mülklərinə” sahib olacaqları mənasına gəldiyini söyləyib. Trump bəyan edib ki, bəşəriyyət üçün ən böyük təhlükə “nüvə istiləşməsidir”. Trump, daha sonra ən çox sevdiyi mövzulardan biri olan elektrikli avtomobillərə qısaca toxunub və Tesla-nın avtomobillərinə güc verən şeyin mineral yanacaqla işləyən enerji istehsalı olduğunu söyləyərək hazırda bundan qaçmağın mümkün olmadığını bildirib. Lakin Trump-ın Tesla-nın satışlarına ciddi təsir göstərə biləcək elektrikli avtomobillərə yönəlmiş subsidiyaları dayandırmaq vədi müsahibədə qeyd olunmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
X, dünya nəhənglərini məhkəməyə verir!
X, dünya nəhənglərini məhkəməyə verir!
Əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsi, Mars, Unilever və CVS Health də daxil olmaqla bir neçə böyük reklamçı şirkəti məhkəməyə verir. Keçmişdə bir müddət X platformasında reklam verən bu şirkətlər, boykot və buna bənzər iddialara görə məhkəməyə verilmişdi.
Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib
Elon Musk mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi.
Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!
Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!
Elon Musk-ın beyin-kompüter interfeysi (BCI) şirkəti Neuralink, inkişaf etdirdiyi cihazı ikinci xəstəyə uğurla implantasiya edib. Bu beyin çipi ilə xəstələr, öz düşüncələri ilə cihazları idarə edə bilirlər.
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, X-də paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib. ABŞ-da seçkilər yaxınlaşdıqca prezidentliyə namizəd Kamala Harris-ə aid olduğu iddia edilən videonu paylaşan Musk, saxta xəbərlər yaymaqda ittiham olunur.
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Nəhəng şirkətlərin 2024-cü ilin ikinci rübü üçün balans hesabatları investorları sevindirməyib. Bu səbəbdən S&P 500-də çox kəskin enişlər yaşanıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ