Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Elm & Texnologiya
22.05.2024
Farid Pardashunas
Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Duz, şübhəsiz ki, verdiyi dada görə hər yeməyin ən vacib elementlərindən biri hesab oluna bilər. Ancaq bəzi insanlar sağlamlıq problemlərinə görə duzlu qidalardan uzaq durmalı olur. Normalda pivə şirkəti olan, lakin son vaxtlar səhiyyə sektoruna üz tutan Kirin adlı bir Yapon şirkəti, bu problemi yeni bir məhsulla həll etməyi hədəfləyir.
Kirin-in elektron qaşığı keçən il İqnobel mükafatını qazanan bir texnologiyadan ilhamlanaraq hazırlanıb. İqnobel Mükafatları bildiyimiz kimi Nobel Mükafatlarının satirik versiyasıdır. Bu mükafatlar mənasız, absurd və qeyri-adi texnologiyalara verilir. Keçən ilki qaliblərdən biri olan və iki yapon tədqiqatçısı tərəfindən hazırlanan texnologiya, chopstick’lərin duzlu dadı verməsini təmin edirdi. Kirin isə bu texnologiyanı kommersiyalaşdırıb, öz elektronik qaşıqlarına uyğunlaşdıraraq yeni məhsulunu təqdim edib.
Kirin, insanlara duzu bir qaşıqla dadmağa imkan verməyi və sağlam yeməklərin daha çox istehlakını təşviq etməyi hədəfləyir. Şirkət bu ay Yaponiyada qiyməti 127 dollar olan 200 ədəd elektron duz qaşığı satmağı planlayır. Şirkətin əsas məqsədi isə məhsulu dünyanın 4 bir tərəfində satışa çıxaraq 5 il ərzində 1 milyon satışa çatmaqdır. Hazırda şirkətin bu məhsulu, digər ölkələrdə 2025-ci ildə satışa çıxarması gözlənilir.
Plastik və metaldan hazırlanmış qaşıq, İqnobel mükafatını qazanan Meiji Universitetinin tədqiqatçısı və yapon professoru Homei Miyashita ilə birgə hazırlanmışdır. Texnologiya, duzluluğu aşkar etmək üçün zəif elektrik yükünü ötürməklə dilin üzərindəki natrium ion molekullarını artırır. Qaşığın çəkisi isə 60 qramdır və təkrar doldurulan litium batareya ilə təchiz edilmişdir. Araşdırmalar nəticəsində qaşığın duz hissiyatını 50%-ə qədər artırdığı müşahidə edilib. Bu da duzlu yeməklərdən uzaq olan, lakin yemək istəyən şəxsləri sevindirəcək kimi görünür. Təbii ki, bu məhsulun, artıq duz istehlakını azaltmaq istəyən sağlam insanlar üçün də faydalı ola biləcəyini qeyd etmək lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) 3D printerdə çap edilmiş maye yanacaq əsaslı raket mühərrikinin testlərini uğurlu şəkildə keçirib.
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Hydrostor şirkəti sıxılmış hava əsasında enerjinin saxlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu ilin sonunda sözügedən şirkət Avstraliyanın Yeni Cənubi Uels ştatında sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiyanın inşasını planlaşdırır.
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
İslandiyada Mammoth adlı zavod istifadəyə verilib. Bu, havadakı CO2 qazının filtrasiyası üçün nəzərdə tutulmuş ən böyük sənaye zavodudur.
Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)
Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)
Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri suyun çirklənməsinə səbəb olan mikroplastik hissəciklərlə effektiv mübarizə apara bilən kiçik ölçülü robotlar hazırlayıblar.
Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
Koreya Aparıcı Elm və Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri güclü natrium-ion hibrid batareyanı təqdim ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ