Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
Elm & Texnologiya
06.05.2024
Farid Pardashunas
Koreya Aparıcı Elm və Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri güclü natrium-ion hibrid batareyanı təqdim ediblər. Məlumata əsasən təqdim edilmiş yeni növ batareya yüksək sürətli şarj imkanına və yüksək enerji sıxlığına sahibdir. Bu batareya ənənəvi batareyalardakı məhdudiyyəti geridə qoya və elektromobillərdə istifadə edilə bilər. Bu yeni batareyada enerji sıxlığı 247 vatt saat/kq, güc sıxlığı isə 34 748 vatt/kq təşkil edə bilər. Sözügedən batareyanın əsasını natrium təşkil edir.
O, ənənəvi batareyaların tərkiblərini təşkil edən litiumdan 1000 dəfə daha yayqındır və daha ucuz başa gəlir. KAIST mütəxəssisləri yeni hibrid batareyanın sintezi üçün iki müxtəlif metal üzvi birləşmə strukturundan istifadə ediblər. Nəticədə yaxşılaşdırılmış kinetikaya sahib anod materialı və yüksək həcmə sahib katod materialı yaradılıb. Məlumatda qeyd edilib ki, bunun sayəsində natrium-ion hibrid batareya bir neçə saniyəyə şarj oluna bilər. Bu texnologiya elektromobillər üçün nəzərdə tutulmuş batareyalar da daxil olmaqla müxtəlif sənaye sahələrində istifadə edilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
Yaponiyanın şirkətlər konsorsiumu 6G mobil şəbəkəsi üçün nəzərdə tutulmuş ilk yüksək sürətli naqilsiz cihazı test edib.
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Pekində insana bənzər Tiangong adlı unikal robot təqdim olunub. Bu robot saatda 6 km sürətlə qaça bilən və tamamilə elektrik enerjisi ilə çalışan ilk robotdur.
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Men Universitetinin (Men ştatı) əməkdaşları dünyanın polimer əsaslı ən böyük 3D printerini hazırlayıblar.
Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Pekində keçirilən avtomobil sərgisi çərçivəsində Çinin CATL şirkəti dünyanın Shenxing Plus adlı ilk litium-dəmir-fosfat elektromobil batareyasını təqdim edib.
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ