Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Elm & Texnologiya
10.06.2024
Emil Nəcəfov
Yaponiyanın Obayashi adlı şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. Nəzərdə tutulan kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək. Bu isə kosmosa daşınılan hər kiloqram yükün daşınma xərcini 120$-a endirməlidir. Qeyd etmək lazımdır ki, bu, hal-hazırda SpaceX-in Falcon 9 raketi vasitəsilə kosmosa yükü daşıması xərcindən 20 dəfə daha ucuzdur. Məlumata əsasən Obayashi şirkəti hal-hazırda kosmik liftin inşa planlamasını aparır və bu layihə üçün partnyorların axtarışındadır. Şirkətin fikrincə kosmik liftin istifadəyə verilmə müddəti qismində ən real görünən zaman məhz 2050-ci ildir.
Kosmik liftin inşa edilməsi planını Obayashi şirkəti hələ 2012-ci ildə elan etmişdi. 2012-ci ildə şirkət həmin zamanlar üçün ən yüksək göydələn olmuş Tokyo Skytree adlı televiziya qülləsini istifadəyə vermişdi. Sözügedən televiziya qülləsininin hündürlüyü 634 metr təşkil edir. Bəzi mütəxəssislər kosmik lift layihəsinə skeptik yanaşsalar da bəziləri bu cür layihənin reallaşdırılmasını istəyirlər. Kosmik lift layihəsinin təxmini dəyəri 100 milyard dollar təşkil edir. Daha öncə Obayashi sözügedən layihənin inşasına 2025-ci ildə start verməyi və 2050-ci ildə istifadəyə verməyi planlaşdırırdı.
Şirkət rəsmisinin sözlərinə əsasən kosmik liftin 2050-ci ildə işə salınması hələ də real görünsə də inşa prosesinə 2025-ci ildə start verilməyəcək. Şirkətin layihələşdirmə şöbəsi texnologiyaları analiz edərək sözügedən layihənin detallarını müəyyənləşdirir və eyni zamanda layihə üçün uyğun partnyorları axtarır. Fərdi şəkildə bu cür layihənin öhdəsindən gəlmək qeyri-mümkündür. Məsələ burasındadır bu layihəni planet miqyasında da reallaşdırmaq qeyri mümkündür. Belə ki, kosmik liftin hal-hazırkı texnologiyaların və mövcud materialların istifadəsi ilə inşası üçün nəzərdə tutulmuş miqdarda polad material sadəcə Yer kürəsində yoxdur.
Buna görə də şirkət polad konstruksiyaya daha dözümlü alternativ kimi karbon nanoborularını görür. Lakin uzadılmış karbon nanoboruların hazırlanması və istehsalı texnologiyaları hələ mövcud deyil. Digər tərəfdən bu cür lift vasitəsilə yüklərin kosmosa çatdırılması prosesi daha təmiz ola bilər. Belə ki, tonlarla yanacağın yandırılması əvəzinə xüsusi qaldırıcılar kosmosdan əldə edilən mikrodalğa və ya Günəş enerjisi sayəsində yükləri kosmosa çatdıra bilərlər. Bu cür xüsusi qaldırıcıların gözlənilən sürətləri saatda 200 km təşkil edir. Raket uçuşları zamanı yaşanan vibrasiyaların olmaması və nisbətən aşağı sürət kosmosa daha həssas cihazları daşımağa imkan verə bilərlər. Lakin digər tərəfdən bu cür sürətlə yükün Yer kürəsinin geosinxron orbitinə çatdırılması 1 həftəyə başa gələcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib.
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) 3D printerdə çap edilmiş maye yanacaq əsaslı raket mühərrikinin testlərini uğurlu şəkildə keçirib.
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək
Hydrostor şirkəti sıxılmış hava əsasında enerjinin saxlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu ilin sonunda sözügedən şirkət Avstraliyanın Yeni Cənubi Uels ştatında sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiyanın inşasını planlaşdırır.
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
İslandiyada Mammoth adlı zavod istifadəyə verilib. Bu, havadakı CO2 qazının filtrasiyası üçün nəzərdə tutulmuş ən böyük sənaye zavodudur.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!