main-post-cover

    Snapdragon 8 Gen 4 Geekbench 6 və AnTuTu testlərindən keçib

    Elm & Texnologiya
    29.01.2024
    Emil Nəcəfov
         Qualcomm şirkətinin bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru ən güclü mobil prosessorlardan biri olmalıdır. Məlum olub ki, hazırlanan  bu prosessor Geekbench 6AnTuTu testlərindən keçib. Geekbench 6 testlərində prosessorun göstəriciləri MacBook Pro-da istifadə edilən Apple M3 prosessorunun göstəricilərinə yaxın olub. Məlumata əsasən Snapdragon 8 Gen 4 prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2845 xal, çox nüvəli testi çərçivəsində isə 10 628 xal toplayıb. Apple M3 prosessoru isə Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2985 xal, çox nüvəli testi çərçivəsində isə 10 762 xal toplayır. Snapdragon 8 Gen 4-ün AnTuTu bençmarkındakı nəticəsinə gəldikdə isə prosessor bu bençmarkda ümumilikdə 3 133 570 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8 Gen 4 desktop tezlikli nüvələri əldə edəcək
    snapdragon-8-gen-4-desktop-tezlikli-nuveleri-elde-edecek
    Qualcomm yeni subflaqman prosessor üzərində çalışır
    qualcomm-yeni-subflaqman-prosessor-uzerinde-calisir
    Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
    exynos-2400-ile-dimensity-9300-un-qrafik-cipleri-muqayise-edilib
    Snapdragon 8 Gen 4 prosessoru düşünüldüyündən daha tez təqdim oluna bilər
    snapdragon-8-gen-4-prosessoru-dusunulduyunden-daha-tez-teqdim-oluna-biler
    Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
    snapdragon-8-gen-4-un-muhendislik-numunesi-artiq-mobil-oyun-testlerinden-kecib