Snapdragon 8 Gen 4 desktop tezlikli nüvələri əldə edəcək
Elm & Texnologiya
29.01.2024
Emil Nəcəfov
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 flaqman prosessoru barəsində yeni məlumatlar verib. İnsayderin sözlərinə əsasən Snapdragon 8 Gen 4-ün maksimal çalışma tezliyi 4 GHz təşkil edəcək. Bu isə Snapdragon 8 Gen 3-ün çalışma tezliyindən 700 MHz daha çoxdur. İnsayder həmçinin qeyd edib ki, prosessor daxilində nüvələr “2 + 6” sxemi üzrə yerləşəcəklər. Bu isə o deməkdir ki, prosessor 2 ədəd yüksək performanslı nüvəyə və 6 ədəd performanslı nüvəyə sahib olacaq. Snapdragon 8 Gen 4-ün payız fəslində təqdim olunacağı gözlənilir. Onu ilk əldə edəcək smartfonlar isə Xiaomi 15 smartfonları ola bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qualcomm yeni subflaqman prosessor üzərində çalışır
Qualcomm yeni subflaqman prosessor üzərində çalışır
Qualcomm şirkəti bu il Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək.
Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
Golden Reviewer ləqəbli blogger Samsung Exynos 2400 və MediaTek Dimensity 9300 flaqman prosessorlarının qrafik çiplərini müxtəlif bençmarklarda testlərini reallaşdıraraq onların performanslarını digər prosessorların qrafik çiplərinin performansları ilə müqayisə edib.
Snapdragon 8 Gen 4 prosessoru düşünüldüyündən daha tez təqdim oluna bilər
Snapdragon 8 Gen 4 prosessoru düşünüldüyündən daha tez təqdim oluna bilər
Qualcomm şirkəti bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru üzərində aktiv şəkildə çalışır.
Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
X (keçmiş Twitter) istifadəçilərindən biri hələ təqdim olunmamış Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsinin qeyri-rəsmi test nəticələrini açıqlayıb.
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!