main-post-cover

    Planetdə temperatur daha öncə gözlənildiyindən iki dəfə daha çox artacaq

    Elm & Texnologiya
    29.10.2024
    Emil Nəcəfov
         Mütəxəssislərin fikirlərinə əsasən planetimizdə müşahidə edilən qlobal istiləşmə əvvəlki proqnozlardan iki dəfə daha pis olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, Yer kürəsi faciəvi səviyyədə istiləşmə yolunda hərəkət edir. Hələ bir neçə müddət bundan öncə mütəxəssislər bildirmişdilər ki, çox güman ki, Yer kürəsində ortalama temperatur göstəricisini 1.5 dərəcə Selsi sərhədində saxlamaq mümkün olmayacaq. BMT-nin ətraf mühit üzrə proqramı qlobal istiləşmənin 1.5 dərəcə Selsi sərhədində saxlanması üçün zərərli tullantıların miqdarının azaldılması ilə bağlı yeni illik hesabatı təqdim edib və qeyd edib ki, çox güman ki, yaxın zamanda bu məqsədin heç bir mənası qalmayacaq. Mütəxəssislər hesab edirlər ki, planet ortalama temperaturun 2.6-3.1 dərəcə Selsiyə kimi yüksəlməsi yolunda irəliləyir.
         Planetin ortalama temperatur göstəricisinin nə qədər yüksələcəyi isə insanların iqlim dəyişikliklərinə səbəb olan mənfi hallarla nə dərəcədə aktiv mübarizə aparmalarından asılıdır. BMT-nin baş katibi Antonio Guterres-in sözlərinə əsasən hal-hazırda dünya planetar kanat üzərində tarazlıq qurmağa çalışır. Dövlətlərin liderləri ya zərərli tullantıların miqdarını azaltmağa nail ola biləcəklər ya da biz, iqlim faciəsindən əziyyət çəkəcəyik. Bununla belə bu cür vəziyyətdən böyük zərəri ən kasıb ölkələr görəcəklər. Hələ 2015-ci ildə baş tutmuş Paris iqlim danışıqlarında dünya liderləri qlobal temperatur yüksəlişini 2 dərəcə Selsidən aşağı göstəricidə məhdudlaşdırmağa və iqlim böhranının 1.5 dərəcə Selsi sərhədində saxlamaq üçün tədbirlərin görülməsinə razılıq vermişdilər.
         Mütəxəssislərin sözlərinə əsasən təəssüflər olsun ki, iqlim dəyişikliyinin təhlükəsiz səviyyəsi sadəcə mövcud deyil. Həmin ildə dövlətlər iqlim böhranını məhdudlaşdıracaq strategiyaları tərtib etmişdilər. Tərtib edilmiş strategiyalar 2030-cu ilə qədər nəzərdə tutulmuşdu. BMT tərəfindən təqdim edilmiş yeni hesabata əsasən isə tərtib edilmiş strategiyalar effektiv olmayıblar. Parnik qazlarının qlobal ifrazı böyüməkdə davam edir və 2022-ci il ilə müqayisədə 2023-cü ildə ifraz edilmiş parnik qazlarının həcmi 1.3% daha yüksək olub. Mütəxəssislər hesab edirlər ki, bu templə ortalama temperatur göstəricisi 3.1 dərəcə Selsiyə çatacaq. Hətta dövlətlər öz strategiyalarını yerinə yetirsələr də, bu, temperaturun 2.6-2.8 dərəcə Selsi yüksəlməsinə səbəb olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ağaclar artıq CO2-ni effektiv şəkildə uda bilmirlər
    agaclar-artiq-co2-ni-effektiv-sekilde-uda-bilmirler
    Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
    almaz-tozu-ile-qlobal-istilesmenin-qarsisini-almaq-mumkun-ola-biler-bes-nece
    Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
    planetdeki-ortalama-temperatur-kritik-serhedden-iki-defe-yuksek-ola-biler
    Qlobal istiləşmə səbəbilə Antarktida sürətlə yaşıllaşır
    qlobal-istilesme-sebebile-antarktida-suretle-yasillasir
    2024-cü ilin yay fəsli tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli olub
    2024-cu-ilin-yay-fesli-tarix-erzinde