Ağaclar artıq CO2-ni effektiv şəkildə uda bilmirlər
Elm & Texnologiya
24.10.2024
Emil Nəcəfov
Aparılmış yeni tədqiqatın nəticələrinə əsasən ağacların karbon qazını udma proseslərinə baxmayaraq Yer kürəsinin atmosferində parnik qazlarının miqdarı artmaqda davam edir. Keçən il mütəxəssislər rekord miqdarda karbon tullantıları ifrazını təyin etmişdilər. İndi isə onlar hesab edirlər ki, bu, planetin karbon udma sisteminin artıq öz işinin öhdəsindən gəlmədiyinə işarə edir. Keçən il olmuş böyük miqdarda karbon tullantıları üstəlik rekord göstəricidə istilik ilə müşayiət edilirdi. Mütəxəssislər hesab edirlər ki, yüksək temperatur öz növbəsində yerüstü ekosistemlərə karbonun udulmasında çətinliklər yaradır. Daha öncəki tədqiqatlara əsasən okeanik və yerüstü proseslər bütün antropogen karbon tullantılarının yarısını udurlar.
Mütəxəssislər narahatdırlar ki, udulan karbon miqdarının bu dərəcədə aşağı düşməsi ciddi problemlərə yol açacaq. Mütəxəssislər bildiriblər ki, indiyənə kimi təbiət insan fəaliyyəti səbəbilə ortaya çıxmış mənfi özəllikləri tarazlaşdırırdı. Lakin görünür, bu prosesin də sonu çatır. Əsas problem ondadır ki, müasir iqlim modelləri karbonun udulması ilə məşğul olan ekosistemlərin çöküşünü nəzərə almır. Bu, qlobal istiləşmənin nəyə görə daha öncə proqnozlaşdırıldığından daha sürətli baş verdiyinin açıqlaması ola bilər. Ekoloqlar hesab edirlər ki, karbon udulması ilə məşğul olan yerüstü sistemlər sadəcə olaraq öz fəaliyyətlərini dayandırıblar.
Ən azından 2023-cü ildə müəyyən müddət ərzində bu, baş vermişdi. Onlar aşkar ediblər ki, keçən ildən CO2 ifrazı miqdarının 0.6% yüksəlməsinə baxmayaraq Havay adalarında yerləşən Mauna-Loa adlı atmosfer stansiyasının üzərindəki atmosfer sahəsində CO2 miqdarı 2022-ci ildən 86% yüksəlib. Aparılmış digər tədqiqatlara əsasən okeanın karbon udma qabiliyyəti də sual altındadır. Quruda qlobal karbon udulması prosesində əvəzsiz töhfəni Amazon meşəlikləri verir. Lakin son illərdə Amazon meşəlikləri quraqlıqdan və meşə yanğınlarından əziyyət çəkir. Yerüstü karbon udma sistemlərinin məhv olmalarında iqlim dəyişikliyi səbəbilə yaranan quraqlıqlar və meşə yağınlarıdırsa, deməli bu problem müddətli problemdir. Lakin alimlər hesab edirlər ki, karbon udma ekosistemlərinə dəymiş zərərin mənfi nəticələri uzunmüddətli olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Qlobal istiləşmə Dünyadakı hər kəsi təhdid edən amillərdən biridir. Müxtəlif geomühəndislik metodları ilə bunun qarşısının alına biləcəyi düşünülür. Yeni bir tədqiqat isə almaz tozlarının istifadəsini təklif edir.
Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
Tədqiqatçılar güman edirlər ki, insanların bütün səylərinə baxmayaraq planetin qlobal istiləşməsini məhdudlaşdırmaq mümkün olmayacaq və o, 1.5 dərəcə Selsi temperatur sərhədini keçəcək.
Qlobal istiləşmə səbəbilə Antarktida sürətlə yaşıllaşır
Qlobal istiləşmə səbəbilə Antarktida sürətlə yaşıllaşır
Alimlər aparmış olduqları yeni tədqiqat çərçivəsində Antarktidanın və onun iqliminin müşahidəsinə diqqət ayırıblar.
2024-cü ilin yay fəsli tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli olub
2024-cü ilin yay fəsli tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli olub
Yer kürəsində iqlim böhranı davam edir. İqlim böhranı səbəbilə planetimizin müxtəlif nöqtələrində artıq istilik dalğaları, quraqlıqlar və ekstremal hava şəraitləri müşahidə edilir.
Antarktida, okeanların altından yenidən işıq üzünə çıxır!
Antarktida, okeanların altından yenidən işıq üzünə çıxır!
Qlobal iqlim dəyişikliyi dünyamızda dönməz dəyişikliklərə səbəb olur. Lakin bu dəyişikliklər təkcə dəniz səviyyəsinin qalxması ilə məhdudlaşmır. Son araşdırmalar, Antarktidanın okeandan yüksəldiyini və bu yüksəliş planetimizə böyük təsir göstərə biləcəyini ortaya qoyur.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!