NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartlarının nə zaman təqdim oluna biləcəkləri açıqlanıb
Elm & Texnologiya
08.10.2024
Emil Nəcəfov
NVIDIA şirkəti gələn ilin yanvar ayında ABŞ-da baş tutacaq CES 2025 texnologiya sərgisində iştirakını təsdiqləyib və qeyd edib ki, şirkət CEO-su Jensen Huang, 6 yanvar tarixində sərgi çərçivəsində vacib hesabatı təqdim edəcək. Gözləntilərə əsasən NIVIDA şirkəti CES 2025 sərgisi çərçivəsində GeForce RTX 50 seriyasının videokartlarını təqdim edəcək. Söhbət, RTX 5090 və RTX 5080 videokartlarından gedir. Son məlumat sızıntılarına əsasən RTX 5090 videokartı 21 760 ədəd CUDA nüvəsini əldə edəcək və özündə GDDR7 standartlı 32 GB-lıq VRAM ilə 512 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) birləşdirəcək.
Bu videokart məlumatların saniyədə 1.5 TB sürətlə ötrürülməsi imkanına sahib olmalı və onun maksimal enerji sərfiyyatı 600 vatt təşkil etməlidir. RTX 5080 modelinə gəldikdə isə o, 10 752 ədəd CUDA nüvəsini əldə etməli və 16 GB-lıq VRAM ilə 256 bit-lik yaddaş şininə sahib olmalıdır. RTX 5080-in məlumatların saniyədə 750 GB sürətlə ötürülməsi imkanına sahib olacağı gözlənilir. Onun maksimal enerji sərfiyyatı isə 400 vatt təşkil etməlidir. Heç istisna deyil ki, NVIDIA şirkəti CES 2025 sərgisi çərçivəsində adları sadalanmış bu videokartlar ilə yanaşı digərlərini də təqdim etsin.
Linki kopyala
nvidia geforce rtx 50
nvidia geforce rtx 50 series
nvidia geforce rtx 5090
geforce rtx 5090
nvidia
nvidia geforce rtx 5080
geforce rtx 5080
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub
NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub
NVIDIA 1 il ərzində öz bazar dəyərini 3 dəfə yüksəldərək dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevrildi.
NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartları barəsində yeni təfərrüatlar verilib
NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartları barəsində yeni təfərrüatlar verilib
NVIDIA hal-hazırda GeForce RTX 5090 və RTX 5080 videokartları üzərində çalışır.
ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi NVIDIA və ona bənzər şirkətləri antimonopoliya istintaqı ilə bağlı ifadə vermək üçün cəlb etməyə başlayıb.
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır.
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
Ortaya çıxmış məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 3060 videokartı üçün son istehsalat sifarişlərini qəbul edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ