Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Tech-Biznes
30.08.2024
Emil Nəcəfov
Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır. Dünənki xəbərdə bu şirkətə yeni investisiyaların Thrive Capital vençur fondu ilə Microsoft tərəfindən yatırılacağı qeyd edilmişdi. İndi isə The Wall Street Journal xəbər verib ki, OpenAI şirkətinə yeni investisiyaları həmçinin Apple və NVIDIA şirkətləri də yatıra bilərlər. Bu şirkətlər ümumilikdə OpenAI-ya milyardlarla dollar investisiya yatıra bilərlər. Microsoft 2019-cu ildən indiyənə kimi OpenAI şirkətinə 13 milyard dollar investisiya yatırıb.
Bunun sayəsində Microsoft onun gəlirinin 49%-ni əldə etmək hüququna sahibdir. NVIDIA ilə Apple isə OpenAI şirkətinin partnyorları qismində çıxış edirlər. Belə ki, NVIDIA şirkəti qrafik prosessorlarla təmin edir, Apple isə öz növbəsində OpenAI texnologiyaları vasitəsilə özünün Apple Intelligence adlı ekosisteminin inkişafında maraqlı olan tərəfdir. Qeyd etmək lazımdır ki, nəticə etibarilə OpenAI şirkəti əldə edəcəyi yeni investisiyaları öz inkişafına istiqamətləndirəcək. Şirkət yeni investisiyalar sayəsində müxtəlif xərclərini təmin edə və yeni süni zəka sistemlərini hazırlaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple A18 və A18 Pro prosessorları arasındakı fərq məlum olub
Apple A18 və A18 Pro prosessorları arasındakı fərq məlum olub
Apple 9 sentyabr tarixində iPhone 16 smartfonlarını təqdim edəcək. iPhone 16 və iPhone 16 Plus modellərinin A18, iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin isə A18 Pro prosessoru vasitəsilə çalışacaqları gözlənilir.
Huawei Çinin smartfon bazarında Apple şirkətinin bazar payını azaltmağa davam edir
Huawei Çinin smartfon bazarında Apple şirkətinin bazar payını azaltmağa davam edir
Huawei şirkəti Çinin smartfon bazarının Apple şirkətinə aid hissəsini əldə keçirtməklə artıq ardıcıl 6-cı rübdür ki, öz dövriyyəsini artırır.
OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
OpenAI şirkəti generativ süni zəka sahəsinə təsir gücünü aşağı salmaq niyyətində deyil. Bunun üçün şirkət yeni investisiyaları cəlb etməyi planlaşdırır.
AirPods Pro 3 ətraf səs-küyün boğulması sisteminin təkmilləşdirilmiş versiyasını əldə edə bilər
AirPods Pro 3 ətraf səs-küyün boğulması sisteminin təkmilləşdirilmiş versiyasını əldə edə bilər
İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti 3-cü nəsil AirPods Pro üzərində çalışır.
İddialara görə, 12 GB RAM yalnız iPhone 17 Pro Max ilə məhdudlaşacaq!
İddialara görə, 12 GB RAM yalnız iPhone 17 Pro Max ilə məhdudlaşacaq!
Apple-ın planları ilə bağlı dəqiq proqnozlar verən mənbələrdən biri, bütün iPhone 17-lərin 12 GB RAM-a sahib olacağını bildirib. Lakin Apple analitiki Ming-Chi Kuo-nun fikrincə, 12 GB RAM yalnız iPhone 17 Pro Max ilə məhdudlaşacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ