NASA, Gateway adlı Ay kosmik stansiyasının konseptini sərgiləyib (VİDEO)
Elm & Texnologiya
08.07.2024
Emil Nəcəfov
NASA, Gateway adlı kosmik stansiyanın konseptini sərgiləyib. Sözügedən kosmik stansiya gələcəkdə potensial olaraq Ayın orbitində yerləşəcək ilk kosmik stansiya və Ayın səthi üzərində ilk nəqliyyat qovşağı ola bilər. Bu kosmik stansiya 2030-cu illərdə Ay üçün planlaşdırılan “Artemis” missiyalarında aktiv şəkildə istifadə edilə bilər. Gateway-in layihələşdirilməsi və hazırlanmasında ABŞ ilə yanaşı Avropa ölkələri, Yaponiya, Kanada və Birləşmiş Ərəb Əmirlikləri iştirak edirlər. Plana əsasən “Artemis IV” missiyasından başlayaraq Gateway əməliyyat mərkəzi qismində istifadə ediləcək.
Kosmik stansiyanın mərkəzi qovşağı rolunda Habitation and Logistics Outpost (HALO) adlı silindr formalı modul çıxış edəcək. Silindr formalı bu modul astronavtların yerləşməsi üçün nəzərdə tutulub. Astronavtların olmadıqları müddətdə sözügedən modul avtonom rejimdə çalışacaq. Onun daxilində radiasiya səviyyəsinin ölçülməsi cihazı və digər təchizat yerləşə bilər. Modul öz növbəsində günəş batareyaları sayəsində çalışacaq. Günəş batareyaları 60 kilovatt elektrik enerjisi generasiya edə biləcəklər. Gateway Ay səthindən 3000 km-dən 70 000 km-ə qədər hündürlükdə yerləşəcək. Əgər hər şey plan üzrə getsə, kosmik stansiyanın ilk modulu artıq 2028-ci ildə istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
NASA SpaceX şirkəti ilə 843 milyon dollar dəyərində müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən SpaceX şirkəti növbəti 10 il ərzində BKS-in (Beynəlxalq Kosmik Stansiya) orbitini təhlükəsiz şəkildə aşağı salmağa imkan verəcək və nəticədə onun istismardan çıxarılmasına imkan verəcək kosmik aparatı inşa etməlidir.
NASA Yer kürəsinin asteroidlə toqquşma ehtimalında konkret həllərə sahib deyil
NASA Yer kürəsinin asteroidlə toqquşma ehtimalında konkret həllərə sahib deyil
NASA-nın yerinə yetirdiyi əsas işlərdən biri də Yer kürəsi üçün potensial təhlükəli ola biləcək asteroid və kometaların hərəkətlərini nəzarətdə saxlamaqdır. İndi isə NASA bu mövzu ilə bağlı yeni hesabatını təqdim edib.
SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
NASA Marsda Perseverance aparatı vasitəsilə yığılan süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması missiyasında iştirak edəcək podratçı şirkəti axtarmağa başlayıb.
NASA, Psyche kosmik gəmisinin futuristik ion mühərriklərini işə salıb!
NASA, Psyche kosmik gəmisinin futuristik ion mühərriklərini işə salıb!
NASA, Marsın kənarındakı əsas asteroid qurşağında yerləşən və metalla zəngin asteroidə doğru yavaş-yavaş hərəkət edən Psyche kosmik gəmisinin ion mühərriklərini işə saldığını açıqlayıb.
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ