Meteorit sayəsində Mars-da 742 milyon il bundan öncə suyun mövcud olduğu təyin edilib
Elm & Texnologiya
19.11.2024
Emil Nəcəfov
Alimlər təqribi olaraq 10.7 milyon il bundan öncə asteroid ilə toqquşma nəticəsində Mars səthindən kosmosa atılmış Lafayet adlı meteoriti analiz edərək Marsın keçmişi barəsində yeni təfərrüatları əldə ediblər. Müasir analiz üsullarından istifadə edərək mütəxəssislər təyin ediblər ki, təqribi olaraq 742 milyon il bundan öncə Mars süxurları maye şəklində su ilə əlaqədə olublar. Qeyd etmək lazımdır ki, Lafayet adlı meteorit Mars ilə əlaqəli olan nadir meteoritlərdən biridir. O, 1.3-1.4 milyard il bundan öncə formalaşmış vulkanik süxurlar sinifinə daxildir. Lafayet-in tərkibindəki izotopların unikal nisbətləri onun Mars mənşəli olduğunu təsdiqləyiblər.
Lafayet ilə bağlı olan maraqlı bir fakt ondan ibarətdir ki, o, 1931-ci ildə Perdyu Universitetinin kolleksiyaları arasında tapılmışdı. Meteoritin hansı şərtlər altında universitet kolleksiyaları arasına düşdüyü indiyənə kimi bilinmir. Lafayet-in su ilə qarşılıqlı əlaqədə olması daha öncə də aydın idi. Lakin bu qarşılıqlı əlaqənin nə zaman baş verdiyini dəqiq şəkildə yalnız indi təyin etmək mümkün olub. Bu vacib kəşf alimlərin Mars barəsindəki təsvirlərini tamamlayır. Görünür, Mars səthində su öncə düşünüldüyündən daha gec zamanda mövcud olub. Mars ilə əlaqəli olan meteoritlər onun geoloji tarixçəsini müşahidə etməyə imkan verirlər. Lafayet-in tədqiqatı öz növbəsində Marsın iqlim dəyişiklikləri və təkamülünü daha dərindən anlamağa yardımçı olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda qədim okeanın sahil xətti aşkar edilib
Marsda qədim okeanın sahil xətti aşkar edilib
Çinli alimlər milyardlarla il bundan öncə Marsın şimal hissəsinin okeanla əhatə olunduğu fərziyyəsinin yeni sübutunu aşkar ediblər.
Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Yaponiyanın hazırladığı dünyanın ilk taxta peyki Ay və Mars araşdırmalarında pioner olmaq üçün kosmosa göndərilib. LignoSat adlanan bu taxta peyk, 400 km-lik orbitdə dövr edəcək.
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
NASA-nın Marsdakı kəşfiyyat aparatı Perseverance Günəş tutulması hadisəsini qeydə almağı bacarıb. Həmin maraqlı anların görüntülərini təqdim edirik.
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Avropa Kosmos Agentliyi (ESA) Mars gəzinti layihəsində neyromorfik süni zəka tətbiq etməyi planlaşdırır. Bu süni zəka sistemi ilə cihaz yalnızca millisaniyələr içində ətrafını anlaya biləcək.
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsa dair yeni bir araşdırma, Marsın Günəş şüalarını daha az qəbul edən bölgələrində həyatın mümkün ola biləcəyini iddia edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!