main-post-cover

    Marsda qədim okeanın sahil xətti aşkar edilib

    Elm & Texnologiya
    18.11.2024
    Emil Nəcəfov
         Çinli alimlər milyardlarla il bundan öncə Marsın şimal hissəsinin okeanla əhatə olunduğu fərziyyəsinin yeni sübutunu aşkar ediblər. Belə ki, Marsda qədim okeanın mövcudluğuna dair izlər Zhurong aparatı tərəfindən Yer kürəsinə göndərilmiş məlumatlarda aşkar edilib. Bununla yanaşı mütəxəssislər qədim okeanın sahil xəttini də təyin edə biliblər. Qeyd etmək lazımdır ki, Zhurong aparatı Mars səthində Utopia adlı düzənliyə 2021-ci ildə eniş etmişdi. Aparat su və buz izlərinin axtarışında olaraq 2 km yol qətt edib. Honkonq Politexnik Universitetinin professoru Bo Wu və onun həmkarları aparat tərəfindən əldə edilmiş məlumatları analiz edən zaman aparatın eniş etmiş ərazisində su ilə əlaqəli bir sıra obyektləri aşkar ediblər.
        Söhbət, krater şəklində olan konusvari boşluqlardan, çöküntü kanallarından və palçıq vulkanları qalıqlarından gedir. Mütəxəssislərin fikirlərinə əsasən bütün bunlar qədim okeanın sahil xəttinin yerini əks etdirirlər. Marsın bu ərazisindəki yerüstü çöküntüləri analiz edəndən sonra alimlər bildirblər ki, qədim okean təqribi olaraq 3.6 milyard il bundan öncə mövcud olub. Həmin vaxtda okeanın dibində su ilə əlaqəli olan minerallar formalaşmağa başlayıb. Onların arasında silisium dioksid də olub. Məlumatda qeyd edilib ki, okean 10 000 ildən 100 000  ilə kimi zaman aralığında donmaya məruz qalıb. Təqribi olaraq 260 milyon il sonra isə okeanın sahil xətti tamamilə quruyub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
    dunyanin-ilk-taxta-peyki-kosmosa-buraxilib
    Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
    perseverance-marsda-yasanan-gunes-tutulmasini-qeyde-alib
    Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
    mars-ucun-neyromorfik-suni-intellekt-sinaqdan-kecirilir
    Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
    marsin-bezi-bolgeleri-heyati-destekleyecek-seraite-sahib-ola-biler
    Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
    cinli-alimler-mars-atmosferinden-istifade-ederek-isleyen-batareya-hazirlayiblar