main-post-cover

    Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!

    Elm & Texnologiya
    14.10.2024
    Farid Pardashunas

         Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.

         Mars, mürəkkəb atmosfer quruluşuna malik olan sərt bir planetdir. Atmosferində karbon qazı (95.32%), azot (2.7%), arqon (1.6%), oksigen (0.13%) və karbon monoksit (0.08%) mövcuddur. Bundan əlavə, gecə və gündüz arasında 60 dərəcəyə çatan istilik fərqləri var. Bu səbəbdən belə şərtlərdə işləyəcək bir batareya hazırlamaq çətin vəzifədir. Tədqiqatçılar, hazırladıqları batareyanın yanacaq hüceyrələrinin iş prinsipinə bənzər şəkildə Mars atmosferindəki qazlardan birbaşa yanacaq mənbəyi kimi istifadə edə biləcəyini bildirirlər. Mars batareyası, normal bir batareya kimi enerji saxlamır, yanacaq mövcud olduğu müddətdə kimyəvi reaksiyalarla davamlı olaraq elektrik istehsal edir.
         Deşarj zamanı batareyanın elektrodları Marsın qazları ilə qarşılıqlı təsirə girərək elektrik yaradan kimyəvi reaksiya yaradır. Batareya boşaldıqda isə günəş enerjisi və ya nüvə enerjisindən istifadə edilərək yenidən doldurula bilər. Həmçinin Marsın ekstremal istilik fərqlərində də problemsiz işləyir. Tədqiqatçılar batareyanın 1.375 saat (təxminən 2 Mars ayı) davam edən şarj/deşarj dövrü ilə aylarla davamlı işləyə biləcəyini qeyd edirlər. Komanda batareyanın performansını ölçmək üçün planetin kəskin istilik dəyişikliklərini simulyasiya edib. Batareya 0°C-də işləyə bilib və bu temperaturda 373.9 Wh/kg enerji sıxlığı əldə edib. Bu dəyər ənənəvi litium-ion batareyalarından xeyli yüksəkdir.
         Alimlər batareyanın şarj və deşarj proseslərində litium karbonatın əmələ gəlib, parçalandığını və Mars atmosferindəki az miqdardakı oksigen və karbon monoksitin reaksiyaları katalizator kimi sürətləndirdiyini bildirirlər. Tədqiqatçılar həmçinin batareyanın performansını yaxşılaşdırmaq üçün onun dizaynını optimallaşdırıblar. Şarj və deşarj zamanı Mars atmosferi ilə qarşılıqlı təsirə girən elektrod sahəsini artıraraq batareyanın effektivliyini və enerji tutumunu artırıblar. Batareya hüceyrəsinin ölçüsünü 4 sm²-ə çıxararaq, enerji sıxlığını 765 Wh/kg 630 Wh/l-ə yüksəltməyi bacarıblar. Gələcək araşdırmalar isə aşağı təzyiq və istilik dalğalanmalarının çətinliklərini aradan qaldıra biləcək və inkişaf etmiş kosmik tədqiqat sistemlərinə yol açacaq bərk cisim Mars batareyalarının hazırlanmasına yönələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
    alimler-ses-dalgalarini-yalniz-bir-istiqametde-oture-bilen-cihaz-hazirlayiblar
    Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
    bezi-memelilerin-hamileliklerini-gecikdirmesine-imkan-veren-xususiyyetin-insan-embrionlarinda-da-islediyi-askar-edilib
    Apple-ın Çindəki fabriki blokadaya alınıb!
    apple-in-cindeki-fabriki-blokadaya-alinib
    Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
    kvant-komputerlerinin-superkomputerleri-nece-usteleye-bileceyi-melum-olub
    Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
    cin-istehsali-elektromobillerin-neye-gore-bele-ucuz-satildiqlari-melum-olub