Marsda həyat növü Yer kürəsindəkindən daha erkən formalaşmış ola bilər
Elm & Texnologiya
16.08.2024
Emil Nəcəfov
Milyardla il bundan öncə Mars tamamilə fərqli bir dünya olmuş ola bilər. Alimlər Mars səthində fəaliyyətdə olan Perseverance aparatı vasitəsilə bu planetin sirlərini aşkara çıxartmağa davam edirlər. Alimlər tərəfindən aparılmış yeni araşdırmaya əsasən Mars planetinin Jezero adlı kraterində aşkar edilmiş daş nümunələrinin yaşı Yer kürəsindəki ən erkən həyat növü izlərindən daha böyük ola bilər. Jezero kraterində aşkar edilmiş daş nümunələrindəki minerallar adətən su olan mühitdə formalaşırlar. Alimlər hesab edirlər həmin daşlarda qədim Marsda potensial olaraq mövcud olmuş həyat növünün izləri mövcuddur.
Perseverance aparatı Jezero kraterinin qərb yamacında 7 süxur nümunəsini əldə edib. Alimlər Perseverance tərəfindən çəkilmiş fotoları və aparat daxilində bu süxur nümunələrinin aparılmış müşahidələri nəticəsində əldə edilmiş kimyəvi məlumatları analiz ediblər. Nəticədə alimlər süxur nümunələrində hansı mineralların olduqlarını təyin edə biliblər. Məlum olub ki, süxur nümunələrində adətən su mühitində formalaşan minerallar mövcuddur. Alimlər süxur nümunələrində karbonatlar aşkar ediblər. Karbonatlar isə suyun çökməsi nəticəsində formalaşırlar. Məlumdur ki, Yer kürəsində karbonatları riflər formalaşdırırlar.
Üstəlik bu minerallar mikroorqanizm fosillərinin qorunub saxlanması üçün ideal variantdırlar. Aparılmış analizə əsasən süxur nümunələrində həqiqətən də suyun izləri var və Jezero krateri uzaq keçmişdə həyat üçün münbit şəraitə sahib olmuş ola bilər. Jezero kraterində gölün nə qədər müddət ərzində mövcud olduğu bilinməsə də, alimlərin sözlərinə əsasən aşkar edilmiş süxur nümunələri uzaq keçmişdə həmin ərazinin həyat üçün münbit şəraitə sahib olduğuna işarə edirlər. Perseverance aparatının təchizatları süxur nümunələrində orqanik maddələrə dair izlər aşkar etməyiblər.
Orqanik maddələr adətən həyat ilə bağlı faktorlar olsalar da, onlar geoloji proseslər çərçivəsində də formalaşa bilirlər. Bununla belə alimlər hesab edirlər ki, minerallarla zəngin olan süxur nümunələri qədim Marsda potensial olaraq mövcud olmuş həyat növünün aşkar edilməsi üçün əla variantdır. Alimlər həmçinin hesab edirlər ki, minerallarla zəngin olan daşlar qədim göldə təqribi olaraq 3.5 milyard il bundan öncə formalaşmış ola bilərlər. Onların sözlərinə əsasən bu daşlar su şəraitində formalaşa biləcək ən qədim daşlar ola bilərlər. Daşlarda qədim mikroorqanizmlərin fosilləri və ya onların mövcudluqlarına işarə edə biləcək izlər ola bilər.
Linki kopyala
perseverance rover
perseverance mars rover
perseverance mars
mars
mars planet
mars planeti
nasa perseverance
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
Ayın və Marsın səthinin altında ehtiyatlar kəşf edilir və gələcəkdə onların çıxarılması planlaşdırılır. Bu istiqamətdə NASA və BP, Ay və Marsdakı resursların çıxarılması üçün əməkdaşlıq edir.
Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb!
Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb!
ABŞ və Kanadalı alimlər, Marsda küləyin sürətini ölçə bilən yüksək həssas cihaz hazırlayaraq Qırmızı Planetin sirrini açmaq üçün mühüm addım atıblar.
Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Marsın dərinliklərində maye şəklində böyük həcmdə su kəşf edilib
Alimlər Mars səthində InSight adlı aparat vasitəsilə 2018-ci ildən 2022-ci ilə qədər əldə edilmiş məlumatları yenidən analiz edərək yeni kəşfə imza atıblar.
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib
Günəş sistemində insanların Yer kürəsindən başqa yaşaya biləcəkləri digər bir planeti seçmək lazım gəlsə Mars bu mövzuda ən yaxşı seçim olar. Hal-hazırda Mars soyuq səhra şəraitinə sahibdir.
Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
NASA-nın Mars səthində fəaliyyət göstərən Perseverance aparatının idarəsini reallaşdıran komandası Marsda heyrətləndirici kəşfin edildiyini elan edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!