Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
Elm & Texnologiya
29.07.2024
Emil Nəcəfov
NASA-nın Mars səthində fəaliyyət göstərən Perseverance aparatının idarəsini reallaşdıran komandası Marsda heyrətləndirici kəşfin edildiyini elan edib. Belə ki, Perseverance aparatı Mars səthində öz rəng çalarına görə bəbir dərisini xatırladan maraqlı bir daşa rast gəlib. Yer kürəsində daş üzərində bu cür izləri mikroblar buraxırlar. Bu daş qədim Marsda bioloji həyat növünün mövcud olmasına dair dəmir sübut olmasa da bu cür ehtimala ciddi işarədir. Daş üzərindəki bu cür izlər kalsium sulfat çöküntüləridir. Bu izlər milyonlarla il bundan öncə həmin ərazidə suyun mövcud olmasından xəbər verirlər.
Daş üzərində aşkar edilmiş millimetr ölçülü əlavə izlər dəmir və fosfat tərkibli sahələri əks etdirirlər. Bütün bunlar Yer kürəsində mikroblara işarə edirlər. Çox güman ki, uzaq keçmişdə Mars səthində də bu cür bioloji həyat növü mövcud olub. Perseverance aparatı öz növbəsində aşkar edilmiş daşdan nümunə götürüb. Lakin bu nümunənin digər Mars süxur nümunələri ilə birlikdə Yer kürəsinə çatdırılması məsələsi hal-hazırda sual altındadır. Hal-hazırda Perseverance aparatı Jezero adlı kraterdə hərəkət edərək fəaliyyətini davam etdirir. Alimlər güman edirlər ki, uzaq keçmişdə Jezero krateri su ilə zəngin olub. Buna görə də Mars səthinin bu sahəsində qədim bioloji həyat növünün axtarışları davam edəcək.
Linki kopyala
perseverance rover
perseverance mars rover
perseverance mars
perseverance mars mission
mars planet
mars planeti
nasa
nasa perseverance
perseverance
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!
NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!
Kosmik missiyalar üçün çox faydalı ola biləcək lazer rabitə texnologiyası üzərində işləyən NASA, eksperimentlər çərçivəsində bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4K video yayım gerçəkləşdirib.
Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Dyuk Universitetinin tibbi məktəbinin alimləri gələcəkdə Marsa uçacaq insanlar üçün ciddi problemi aşkar ediblər və aşkar edilmiş problemi mütləq şəkildə həll etmək lazımdır.
Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Alimlər, Günəş sisteminin ikinci planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementləri aşkar ediblər.
NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
NASA, hip-hop mahnısını birbaşa kosmosa göndərməklə tarixdə bir ilkə imza atıb. DSN metodundan istifadə edərək Veneraya mahnı göndərən NASA, dərin kosmos missiyaları üçün əsas rabitə sisteminin müvəffəqiyyətlə sınaqdan keçirildiyini bildirib.
James Webb Kosmik Teleskopu, bir-birinə qarışmış qalaktikaların fotosunu çəkib!
James Webb Kosmik Teleskopu, bir-birinə qarışmış qalaktikaların fotosunu çəkib!
James Webb Kosmik Teleskopu, Pinqvin və Yumurta qalaktikalarını birləşdirən duman aşkar edib. Rəsədxananın bu infraqırmızı şəkli marağa səbəb olub.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!