Marsda buz kəşf edilib!
Elm & Texnologiya
12.06.2024
Farid Pardashunas
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Avropa Kosmik Agentliyi (ESA), Marsda Günəş sistemindəki ən yüksək vulkanik dağların zirvəsində buzun olduğunu aşkar edib. Bu maraqlı kəşfdir, çünki əvvəllər Marsın ekvator bölgəsində bunun mümkün olmayacağı düşünülürdü. Marsın qütb bölgələrində buzlaqların olduğu məlumdur, lakin ilk dəfədir ki, ekvatorda yerləşən Tarsis bölgəsində buz tapılır. Günəş sisteminin ən hündür vulkanlarından biri olan Tarsis vulkanındakı bu kəşf, olduqca maraqlıdır. Bu hündürlükdəki nazik hava qatında demək olar ki, su yoxdur və Günəş işığının şaxtanın əmələ gəlməsinə imkan verməyəcəyi düşünülürdü.
Lakin ESA-nın Trace Gas Orbiter-indən alınan yüksək keyfiyyətli təsvirlər, orbiterin alətlərindən və agentliyin Mars Express kosmik gəmisindən alınan məlumatlar ilə birləşdirildikdə bu vəziyyət dəyişdi. Sözügedən kəşf, İsveçrənin Bern Universitetinin doktorantı Adomas Valantinas-ın rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib. O, səhər erkən saatlarında 3.5 milyard illik vulkanların kalderalarında və ya kraterlərində şaxta əmələ gəldiyinə dair aydın dəlillər tapıb. Bununla belə, aşkar edilən buz təbəqəsinin qalınlığı çox nazik, hətta biraz daha dəqiq desək, millimetrin yüzdə biri qədərdir. Ancaq çox böyük bir ərazini əhatə etdiyi üçün çəkisinin 150 min ton olduğu təxmin edilir. Bu miqdar, 60 olimpiya hovuzunu doldurmağa kifayət edəcək qədər böyük bir rəqəmdir.
Tədqiqat qrupundan olan Nicolas Thomas, şaxtanın əmələ gəlməsini belə izah edir: "Küləklər dağların yamacları ilə yuxarıya doğru hərəkət edərək nisbətən nəmli havanı səthə yaxın yerlərdən yüksək hündürlüklərə aparır, burada kondensasiya olunur və şaxta kimi aşağıya çökür.". Biz əslində bunun Yerdə və Marsın digər hissələrində baş verdiyini görürük. Eyni fenomen, mövsümi Mars Arsia Mons Uzadılmış Buluduna da səbəb olur. Mars vulkanlarında gördüyümüz şaxtanın xüsusilə kalderanın kölgəli, soyuq hissələrində məskunlaşdığı müşahidə edilir.
Valantinas, kəşfləri ilə bağlı bunları deyir: "Bizim gördüyümüz şey, keçmişdə bu vulkanlarda yağıntıların və hətta qarın yağdığı müasir Marsda qədim iqlim dövrünün qalığı ola bilər. Onun burada olması həyəcanvericidir və şaxtanın əmələ gəlməsinə imkan verən qeyri-adi proseslərə işarə edir.”. Bu hadisə təkcə meteoroloji nöqteyi-nəzərdən vacib deyil, həm də suyun harada tapıla biləcəyi, necə hərəkət etdiyi və milyardlarla il əvvəl iqlimin necə olduğu kimi Marsın bir çox sirlərini anlamağa kömək edə bilər.
Linki kopyala
Tarsis
Mars Tarsis
Tarsis Volcano
Scientific news
science
science news
elmi xeberler
mars
mars planet
mars planeti
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Tədqiqatçı Damian Stefaniuk, elektrik enerjisini saxlayan yeni betonla bütün evləri batareyaya çevirə biləcəklərini iddia edir. Əgər bu texnologiya inkişaf etdirilərsə, mühüm problemlərin həll yolu ola bilər.
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
BOKU Tulln və IMC Krems Tətbiqi Elmlər Universitetinin birgə apardığı araşdırma, elektron tullantılardan qiymətli materialların əldə edilməsində böyük potensialın olduğunu ortaya qoyub. Üstəlik, maraqlı bir üsul sayəsində.
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ