main-post-cover

    Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!

    Elm & Texnologiya
    10.06.2024
    Farid Pardashunas

         ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.

         ESA-nın Aya enən ilk vasitəsi, Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların varlığını təsbit edib. Ay səthində yeni plazma komponentinin kəşfi kosmik fizika və yenilənmiş Ay tədqiqi dövründə insan və robot missiyaları üçün yeni pəncərə açır. Açıqlamaya görə, Ayda ilk mənfi ion detektoru fasilələrlə çalışıb və 3 saatdan çox məlumat toplayıb. Bu müddət, missiyanın müvəffəqiyyəti üçün lazım olan zamandan 3 dəfə çoxdur. Beləliklə, ESA, ilk dəfə Ay səthi ilə bağlı elmi məlumatlar çıxarmış və bunu Çinin sayəsində etmiş oldu.
         ESA-nın İsveç Kosmik Fizika İnstitutu (IRF) tərəfindən qurulan eksperimentin baş müstəntiqi Martin Wieser, açıqlamasında "Aydakı bu müşahidələr, bizə səth mühitini daha yaxşı anlamağa kömək edəcək və planetlərdən tutmuş asteroidlərə və digər peyklərə qədər Günəş sistemindəki digər atmosfersiz cisimlərdəki mənfi ion populyasiyalarının tədqiqi üçün bələdçi rolunu oynayacaq." sözlərini deyib. Məlum olduğu kimi, Günəş küləyi ulduzumuzdan gələn radiasiya və hissəciklərin davamlı axınıdır. Yerin maqnit sahəsi bizi bu axından qoruyan qalxan rolunu oynayır. Digər tərəfdən, Ayın maqnit sahəsi yoxdur və onun ekzosfer adlanan çox nazik atmosferi onu qoruya bilməz. Günəş küləyi Aya vurduqda səth reaksiya verir və ikinci dərəcəli fraqmentlərin əmələ gəlməsinə səbəb olur.
         Bu hissəciklər, müsbət və ya mənfi yüklü və ya heç yüksüz ola bilər. Müsbət yüklü hissəcikləri daha əvvəllər orbitdən ölçmək mümkün olsa da, mənfi hissəcikləri ölçmək daha çətin olub. Çünki mənfi ionlar, qısa ömürlü olduqları üçün orbitə çata bilmir. NILS ilə ESA, mümkün qədər səthə yaxınlaşıb və bu ölçmələri apararaq itkin parçanı aşkar edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
    erken-kainatda-biloji-heyat-ucun-vacib-olan-kimyevi-elementlerden-biri-askar-edilib
    Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!
    tedqiqatcilar-inqilabi-naziklikdeki-filtrle-adi-eyneklere-gece-gorme-qabiliyyetini-qazandira-bilibler
    İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
    insan-beyni-dusunulduyunden-10-defe-daha-cox-melumati-ozunde-saxlaya-biler
    Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
    sud-yolu-qalaktikasinin-merkezinde-potensial-yeni-nov-ulduzlar-kesf-olunub
    Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
    sud-yolu-qalaktikasinda-her-il-hansi-sayda-ulduz-olur