main-post-cover

    İnsan beyni neçə GB yaddaşa malikdir?

    Elm & Texnologiya
    26.09.2024
    Farid Pardashunas

         Beynimizdə lazımlı-lazımsız çoxlu məlumatın saxlandığını bilirik. Bəs heç beynimizin neçə GB yaddaşa malik olduğunu düşünmüsünüzmü?

        Beynimizin həcmini ölçmək elektron cihazlarda olduğu kimi asan deyil, amma yenə də alimlər beynimizin neçə GB olduğunu anlamaq üçün yaddaş və məlumat emal qabiliyyətlərini araşdıra bilirlər. Alınan nəticələr beynimizin qavrama gücünü aşacaq səviyyədədir. Gəlin, beynimizin neçə GB olduğunu birlikdə kəşf edək. Beynimiz 86 milyard neyronlardan ibarətdir və bu neyronlar arasında trilyonlarla əlaqə mövcuddur. Neyronların bir-birinə bağlandığı sinaptik əlaqələr məlumatın saxlanılmasını və işlənməsini təmin edir.
        Beynimiz məlumatı elektron cihazlardan fərqli şəkildə saxlayır. Cihazlarda məlumat bitlərlə saxlanıldığı halda, beynimizdəki məlumatlar neyronlar arasındakı əlaqələrin güclənib-zəifləməsi yolu ilə saxlanılır. Bundan əlavə, sabit bir tutumumuz yoxdur. Qısa müddətli yaddaşımız bəzi məlumatları qısa müddət ərzində saxlayarkən, uzun müddətli yaddaşımız qalıcı məlumatları saxlayır. Bundan əlavə, yeni məlumatlar öyrənildikcə və köhnə məlumatlar xatırlandıqca, neyronlar arasındakı əlaqələr yenidən tənzimlənir. Yəni beynimizin bir kompüterdən çox daha mürəkkəb quruluşa sahib olduğunu söyləyə bilərik.
         Beynimizin serebral korteksində 125 trilyon sinaps mövcuddur. Hər bir sinapsın 4.7 bit məlumat saxladığını fərz etsək, CNS Nevada məqaləsinə görə, ortalama insan beyninin yalnız serebral korteksində ən az 74 terabayt məlumat saxlanıla bilər. "Scientific American"da yayımlanan bir məqaləyə görə isə insan beyninin ümumi həcminin 2.5 petabayt (1 petabayt = 1 milyon gigabayt) olduğu təxmin edilir. Bu isə 3 milyon saatlıq bir serialı saxlaya biləcək yaddaşa bərabərdir. İnsanın belə bir şeyi anlamaqda çətinlik çəkməsi təbiidir, amma beynimizin həqiqətən bu qədər güclü olduğunu bilmək həqiqətən də heyrətamizdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
    alimlerin-aciqlamasina-gore-kosmos-insan-ureyinin-suretle-yaslanmasina-sebeb-olur
    Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
    yaxin-gelecekde-insanlar-ozlerini-qrip-qarsi-iynesiz-sekilde-peyvend-ede-bilecekler
    Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!
    melumatlar-5d-yaddas-kristallari-ile-ebedi-olaraq-saxlanila-bilecek
    İnsanların daha uzun yaşamasına kömək etmək üçün böyük bir plan işə salınıb!
    insanlarin-daha-uzun-yasamasina-komek-etmek-ucun-boyuk-bir-plan-ise-salinib
    Alimlər, yeni qan qrupu kəşf ediblər!
    alimler-yeni-qan-qrupu-kesf-edibler