main-post-cover

    Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!

    Elm & Texnologiya
    25.09.2024
    Farid Pardashunas

         İnsan ürəyi kosmosda yalnız 1 ay qaldıqdan sonra yaşlanma əlamətləri göstərir. Tədqiqatçılar xüsusi hazırlanmış ürək toxumasını Beynəlxalq Kosmik Stansiyaya göndərərək onun necə fəaliyyət göstərdiyini ölçüblər.

         Toxuma dəstlərindən ibarət olan bu xüsusi sistemə "çip-ürək" adı verilib. Tədqiqatçılar stansiyadakı toxumaların yığılma və döyünmə ritmlərini real vaxtda izləmək üçün sensorlardan istifadə ediblər. Müqayisə üçün isə Yer üzündə saxlanılan başqa toxuma dəstləri izlənilib. Çip-ürək stansiyada 12 gün keçirdikdən sonra toxumaların yığılma gücünün demək olar ki, yarıya endiyi, Yer üzündəki toxumaların isə yığılma gücünün nisbətən sabit qaldığı müşahidə edilib. Bu zəifləmə dünyaya qayıtdıqdan sonrakı 9 gündə də açıq şəkildə izlənilib. Kosmosda toxumaların ritmlərinin zamanla daha nizamsız hala gəldiyi və hər döyünmə arasındakı müddətin 19-cu gündə 5 dəfədən çox artdığı da tədqiqatda qeyd olunub. Lakin bu nizamsızlığın Yerə qayıtdıqdan sonra ortadan qalxdığı qeyd edilib.
         Tədqiqatın nəticəsində yalnız 1 ay kosmosda qalan insanların ürək toxumasının zəiflədiyi, ürək döyünmə ritminin nizamsızlaşdığı və ürəyin yaşlanma təsirini təqlid edən molekulyar və genetik dəyişikliklərə məruz qaldığı vurğulanıb. Həmçinin mikro cazibə qüvvəsinin kosmosda vaxt keçirən astronavtların bədəninə zərər verə biləcəyi və bu vəziyyətin nizamsız ürək döyünməsi kimi ürək-damar dəyişikliklərinə səbəb ola biləcəyi ortaya çıxıb. Tədqiqatçılar kosmik uçuşun təsirlərini daha dərindən araşdırmaq üçün digər ürək və orqan toxumalarını daha uzun müddət kosmosa göndərməyi planlaşdırırlar. Onlar həmçinin mikro cazibə qüvvəsinin ürəyə təsirini azaltmaq üçün bəzi dərmanları sınaqdan keçirməyi ümid edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Perseverance kəşfiyyat aparatı Marsda "zebra qayası" kəşf edib!
    perseverance-kesfiyyat-aparati-marsda-zebra-qayasi-kesf-edib
    Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
    yaxin-gelecekde-insanlar-ozlerini-qrip-qarsi-iynesiz-sekilde-peyvend-ede-bilecekler
    Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!
    melumatlar-5d-yaddas-kristallari-ile-ebedi-olaraq-saxlanila-bilecek
    İnsanların daha uzun yaşamasına kömək etmək üçün böyük bir plan işə salınıb!
    insanlarin-daha-uzun-yasamasina-komek-etmek-ucun-boyuk-bir-plan-ise-salinib
    Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
    yer-kuresi-cox-yaxinda-2-eded-ay-planetine-sahib-olacaq