Hindistan Marsa öz aparatı ilə vertolyotunu göndərəcək
Elm & Texnologiya
20.05.2024
Emil Nəcəfov
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Mars səthində fəaliyyət göstərəcək aparat ilə vertolyotun tez zamanda Marsa göndərilməsi üzrə hazırlıqların getdiyini açıqlayıb. Bəzi mənbələrin sözlərinə əsasən sözügedən missiyaya artıq bu ilin sonunda start verilə bilər. Lakin bu, heç də inandırıcı səslənmir. Çünki Mars ilə bağlı layihədə hələ həllini tapmamış problemlər mövcuddur. Hər halda Hindistanın kosmik sahəsi Marsa doğru istiqamət alıb. Hindistan özünün ilk planetlərarası avtomatik kosmik stansiyasını Marsa 2014-cü ildə göndərmişdi. Bu, faktiki olaraq demo platforma idi.
Lakin heç kimin gözləmədiyi halda sözügedən avtomatik kosmik stansiya Marsın orbitinə çatdı və 2022-ci ilə kimi orda fəaliyyət göstərdi. Bununla belə ISRO mütəxəssisləri cəmi 75 milyon dollar vəsait və yarım il vaxt sərf edərək qarşısına qoyulmuş bütün tapşırıqların öhdəsindən gəlmiş kosmik aparat yarada bildilər. Keçən il isə Hindistanın Ay səthinə uğurlu şəkildə Ay aparatını endirə bilməsi hindistanlı alimlər ilə mühəndislərin dünya səviyyəsində kosmik proqramları reallaşdırmaq bacarığına sahib olduqlarını bir daha sübut etdi.
Məlumata əsasən ISRO-nun Mars ilə bağlı olan ikinci missiyası Mars Orbiter Mission-2 (MOM-2) və ya başqa adla Mangalyaan-2 adlanır. Xəbərin əvvəlində də qeyd edildiyi kimi ISRO Mars səthində fəaliyyət göstərəcək aparat ilə vertolyotun göndərilməsini planlaşdırır. Marsa vertolyotun göndərilməsi mövzusunda ISRO məhz NASA-nın Mars səthində fəaliyyətdə olmuş Ingenuity adlı vertolyotundan ilhamlanıb. Qeyd etmək lazımdır ki, NASA-nın Ingenuity adlı vertolyotu Perseverance aparatı ilə birgə Marsa göndərilmişdi.
Nəticədə Ingenuity Mars səthində 1000 Mars sutkasından çox müddət ərzində uğurla fəaliyyət göstərdi. Daha öncəki məlumatlara əsasən Mangalyaan-2 adlı Mars missiyası özündə minimum 4 elmi qurğunu birləşdirəcək. Həmin elmi qurğular Marsın keçmiş tarixinin müşahidəsi, onun atmosferinin analizi, və onun iki peyki olan Fobos ilə Deimos tərəfindən potensial olaraq formalaşmış toz halqasının axtarışı üçün nəzərdə tutulacaqlar. ISRO sözügedən Mars missiyasının nə zaman reallaşdırılacağı barəsində konkret bir məlumat verməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
NASA 1976-cı ildə Viking layihəsi ilə gerçəkləşdirdiyi ilk yerüstü missiyasından bəri doqquz robotunu Marsa uğurla endirməyi bacarsa da, insanların Marsa təhlükəsiz şəkildə çatdırılmasının tamamilə yeni yanaşmalar və texnologiyalar tələb etdiyini yaxşı başa düşür. Buna görə də, NASA, dünyanın ən sürətli superkompüteri olan Frontier-dən istifadə edərək ekipajlı Mars kosmik gəmisinin Qırmızı Planetdə enişini simulyasiya edib.
Marsda qədim gölün mövcudluğuna dair sübutlar əldə edilib
Marsda qədim gölün mövcudluğuna dair sübutlar əldə edilib
Mars səthində müşahidələrini davam etdirən Perseverance aparatı Jezero adlı kraterin ətəyində qədim göl çöküntülərinin mövcudluğuna işarə edən sübutlar aşkar edib.
Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
Marsda planetin bütün səthinin 1.5-2.7 metr dərinlikli okeanla əhatə olunmasına kifayət edəcək qədər su aşkar edilib.
Marsda potensial bioloji həyat növünün bəxti əvvəldən gətirməyib
Marsda potensial bioloji həyat növünün bəxti əvvəldən gətirməyib
NASA-nın Marsda fəaliyyət göstərmiş InSight adlı aparatı tərəfindən əldə edilmiş məlumatların yeni analizi belə bir nəticəyə gəlməyə imkan verib ki, alimlər Marsın daxili quruluşu mövzusunda yalnış təsəvvürlərə sahib olublar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ