Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
Elm & Texnologiya
19.01.2024
Emil Nəcəfov
Marsda planetin bütün səthinin 1.5-2.7 metr dərinlikli okeanla əhatə olunmasına kifayət edəcək qədər su aşkar edilib. Bu cür nəticəyə Avropa Kosmik Agentliyinin (EKA) Mars Express missiyası gəlib. Qeyd etmək lazımdır ki, sözügedən missiya çərçivəsində eyniadlı kosmik aparat artıq 20 ildir ki, Marsı müşahidə edir. Mütəxəssislər bildiriblər ki, onlar Marsda ən böyük həcmdə su buzunu kəşf ediblər. Kəşf edilmiş su buzu planetin ekvatorunda yerləşir. Mütəxəssislər bildiriblər ki, bərkimiş vulkanik kül və quru tozdan təşkil edilmiş qabıqla örtülmüş su buzunun qalınlığı 3.7 km təşkil edir. Sözügedən su buzu kristallik təmiz deyil. O, toz vasitəsilə çirklənib.
Kəşf edilmiş su buzu örtüyünün ekvatorun yaxınlığında yerləşməsi onu gələcək Mars missiyalarında iştirak edəcək astronavtlar üçün daha əlçatan edir. Lakin su buzunu örtən qabığın qalınlığı bir neçə yüz metr təşkil edir. Bu isə həmin mənbədən suyun əldə edilməsində çətinliklər yaradacaq. Təqribi olaraq 15 il bundan öncə Mars Express kosmik aparatı Mars ekvatorunda 5000 km uzunluqlu yumşaq cinsli çökməni aşkar etmişdi. Nəticədə aşkar edilmiş çökmə Medusae Fossae Formation (MFF) adını əldə etdi. Alimlərin fikirlərinə əsasən MFF-nın formalaşması Mars tarixində dönüş nöqtəsi olub.
Güman olunur ki, MFF-nın formalaşmasına səbəb olmuş vulkanik aktivliklər planetin atmosferinə böyük həcmdə qaz ilə su buxarı ifraz ediblər. Bu isə öz növbəsində Marsın iqlimini tamamilə dəyişib. Hesab edilir ki, MFF son 3 milyard il ərzində lava axınından formalaşıb və daha sonra qalın vulkanik kül layı ilə örtülüb. Günümüzdə MFF Marsdakı nəhəng mövsümi toz fırtınalarının əsas mənbələrindən biridir. Mars Express kosmik aparatının MARSIS adlı radarının yeni müşahidəsinə əsasən isə MFF çökməsi təkcə tozdan təşkil edilməyib. “Bu çökmənin qalınlığını nəzərə alsaq, əgər MFF yalnız tozdan təşkil edilmiş bir formalaşma olsaydı, o öz çəkisinin təsiri altında daha da sıxlaşardı. Lakin bizim MARSIS vasitəsilə müşahidə etdiyimiz formalaşma heç də yüksək sıxlığa sahib deyil” - deyə mütəxəssislər qeyd ediblər.
MFF olduqca aşağı sıxlığa sahibdir və MARSIS radarı üçün olduqca şəffafdır. Bu isə daha çox su buzuna işarə edir. Qeyd etmək lazımdır ki, Marsda su buzu daha öncələr də aşkar edilib. Məsələn 2008-ci ildə NASA Phoenix missiyası çərçivəsində eniş aparatının enmə sahəsində toz layının altında su buzu aşkar edilmişdi. Aşağı və ekvatorial enliklərdə Mars səthinin altında su buzunun olması uzaq keçmişdə bu planetin iqliminin necə fərqli olduğundan xəbər verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amerikalı astronavtların Aya geri dönüşləri 1 illik təxirə salınıb
Amerikalı astronavtların Aya geri dönüşləri 1 illik təxirə salınıb
NASA “Artemis 2” və “Artemis 3” Ay missiyalarını 1 illik təxirə salıb.
NASA kosmosdan Yer kürəsinə pişik videosu göndərib (VİDEO)
NASA kosmosdan Yer kürəsinə pişik videosu göndərib (VİDEO)
NASA tarixdə ilk dəfə yüksək keyfiyyətli videonu kosmosdan Yer kürəsinə göndərib.
NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək
NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək
NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhv edilməsinə 1 milyard dollar vəsait sərf etməyi planlaşdırır.
Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması tam şəkildə maliyyələşdiriləcək
Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması tam şəkildə maliyyələşdiriləcək
ABŞ Nümayəndələr Palatası NASA-nın Mars Sample Return (MSR) adlı missiyasını tam şəkildə maliyyələşdirmək qərarını verib.
NASA BKS-ın (Beynəlxalq Kosmik Stansiya) yerini təyin etməyə imkan verən mobil tətbiqi istifadəyə verib
NASA BKS-ın (Beynəlxalq Kosmik Stansiya) yerini təyin etməyə imkan verən mobil tətbiqi istifadəyə verib
NASA-nın istifadəyə vermiş olduğu yeni mobil tətbiq BKS-in (Beynəlxalq Kosmik Stansiya) səmada yerini təyin etməyə imkan verir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!