Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək
Elm & Texnologiya
16.10.2024
Emil Nəcəfov
Google şirkəti nüvə energetikası sahəsində fəaliyyət göstərən Kairos Power adlı startap ilə müqavilə bağladığını elan edib. Müqavilənin şərtlərinə əsasən bu startap şirkət üçün kompakt ölçülü nüvə reaktorlarını inşa edəcək. İnşa ediləcək nüvə reaktorları Google şirkətinin data mərkəzlərinin elektrik enerjisi ilə təmin olunmasında istifadə ediləcək. İki şirkət arasındakı razılaşmaya əsasən Google 500 meqavat elektrik enerjisi əldə edəcək. Google şirkətinin sözlərinə əsasən nüvə reaktorları artıq bu onilliyin sonuna kimi istifadəyə verilməlidir. Qeyd etmək lazımdır ki, şirkətlər öz data mərkəzlərinin fəaliyyətlərinin fasiləsiz şəkildə təmin edilməsi üçün böyük həcmdə elektrik enerjisinə ehtiyac duyurlar.
Süni zəka texnologiyası isə data mərkəzlərinin enerji sərfiyyatlarını daha da yüksəldib. Buna görə də Google, Microsoft və Amazon kimi şirkətlər nüvə energetikasına müraciət edirlər. Qeyd etmək lazımdır ki, Kairos Power adlı startap modul tipli kiçik ölçülü nüvə reaktorları (SMR) sahəsində fəaliyyət göstərir. SMR öz növbəsində atom elektrostansiyalarının inşası prosesini sürətləndirməyə və xərcləri aşağı salmağa hədəflənib. Mövcud olan atom elektrostansiyalarının əksəriyyəti irimiqyaslı obyektlərdir. Onlar 1000 meqavat həcmində elektrik enerjisini generasiya edə bilirlər. Lakin onların layihələşdirilməsinə bir neçə il, inşalarına isə onilliklərlə vaxt lazım olur. SMR isə öz növbəsində bu problemləri aradan qaldırmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
Google şirkəti rəsmi şəkildə elan edib ki, onun foto tərtibatı üçün nəzərdə tutulmuş Imagen 3 adlı süni zəka sistemi bütün Google Gemini istifadəçiləri üçün istifadəyə verilib.
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterləri on illərdir üzərində işlənən bir mövzudur. İndi isə Google, kvant kompüterlərinin müasir ən güclü superkompüterləri necə üstələyə biləcəyini göstərib.
ABŞ məhkəməsi Google Chrome-un Android-dən çıxarılmasını tələb edir!
ABŞ məhkəməsi Google Chrome-un Android-dən çıxarılmasını tələb edir!
ABŞ-da Google-a qarşı antitrest məhkəməsi davam edir. Hakim Amit P. Mehta Google-un bazardakı strategiyalarını qanunsuz sayıb. Ədliyyə Nazirliyi Google üçün təkliflər verib.
ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
Avqust ayında ABŞ-ın federal hakimi Amit Mehta, Google şirkətinin monopolist olduğunu təyin etmişdi. Nəticədə ABŞ Ədliyyə Nazirliyi şirkətin qanunsuz davranışının aradan qaldırılmasına və həmçinin axtarış sistemləri bazarında rəqabətin bərpasına istiqamətlənmiş təklifləri formalaşdırmağa başladı.
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Google şirkətinin yaxın zamanda Android üçün təqdim edəcəyi funksiya əməliyyat sisteminə istiqamətlənmiş bütün yenilənmələri izləməyə imkan verəcək. Məlumata əsasən Google Play Services-da “What's new” adlı yeni bölmə işə düşəcək.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!