main-post-cover

    ABŞ məhkəməsi Google Chrome-un Android-dən çıxarılmasını tələb edir!

    Proqram Təminatı
    10.10.2024
    Farid Pardashunas

         ABŞ-da Google-a qarşı antitrest məhkəməsi davam edir. Hakim Amit P. Mehta Google-un bazardakı strategiyalarını qanunsuz sayıb. Ədliyyə Nazirliyi Google üçün təkliflər verib.

         Ədliyyə Nazirliyinin təkliflərində Google-un Chrome, Play StoreAndroid kimi məhsullarının şirkətin axtarış motoruna üstünlük verməsinin qarşısını almağa yönəlmiş davranış və struktur dəyişiklikləri yer alır. Xüsusilə Google-un süni intellekt əsaslı axtarış nəticələrində üçüncü tərəf məzmunlarını istifadə etməsinə məhdudiyyətlər qoyulması hədəflənir. Bununla yanaşı, DOJ (Ədliyyə Nazirliyi) Google-ın standart axtarış motoru müqavilələrinə də məhdudiyyətlər gətirilməsini istəyir. Xüsusilə 2022-ci ildə Apple-a Safari brauzerində standart axtarış motoru olmaq üçün ödədiyi 20 milyard dollar diqqət mərkəzindədir. DOJ bu cür müqavilələrin kiçik oyunçuların əsas paylama kanallarına çıxışını əngəllədiyini iddia edir.
         Google isə bu təkliflərə sərt cavab verib. Şirkətin tənzimləyici məsələlər üzrə vitse-prezidenti Lee-Anne Mulholland, DOJ-un təkliflərinin həm istehlakçılara, həm də bizneslərə zərər verəcəyini vurğulayıb. Mulholland, Chrome və ya Android-in bir-birindən ayrılmasının bu platformaların işini pozacağını və təhlükəsizlik problemlərinə səbəb olacağını bildirir. Xüsusilə Play Protect və Chrome-un Safe Browsing kimi təhlükəsizlik funksiyalarının Google xidmətlərinə bağlı olduğunu qeyd edərək, bu xidmətlərin ayrılmasının istifadəçilərin cihazlarını risk altında qoyacağını iddia edir.
         Google, həmçinin axtarış motoru məlumatlarının rəqiblərlə paylaşılmasının istifadəçi məxfiliyi və təhlükəsizliyi baxımından ciddi risklər daşıdığını bildirir. Şirkət hazırda bu məlumatların qorunduğunu, lakin üçüncü tərəflərin bu məlumatlara çıxışı təmin edərsə, istifadəçi profillərinin yaradılması kimi sui-istifadə ehtimallarının ortaya çıxa biləcəyini müdafiə edir. Nəhayət, Google, Samsung və Apple kimi böyük şirkətlərlə bağlanan standart axtarış motoru müqavilələrinə məhdudiyyətlərin istifadəçi təcrübəsini çətinləşdirəcəyini və telefon istehsalçılarının xərclərini artıraraq cihaz qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyini xəbərdar edir. Google, DOJ-un bu təkliflərinə dair ətraflı cavabını gələn il məhkəməyə təqdim edəcəyini bildirib. Buna görə də, bu hüquqi mübarizənin bir neçə il daha davam edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ hökuməti Google şirkətini "parçalaya" bilər
    abs-hokumeti-google-sirketini-parcalaya-biler
    Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
    google-android-ucun-yenilenmelerin-izlenmesi-prosesini-sadelesdirece
    Google axtarış nəticələri üçün göy təsdiq işarəsini test etməyə başlayıb
    google-axtaris-neticeleri-ucun-goy-tesdiq-isaresini-test-etmeye-baslayib
    Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
    smartfonun-ogurlanmasina-qarsi-yeni-tehlukesizlik-funksiyalari-android-ucun-istifadeye-verilir
    Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
    suni-zeka-texnoloji-sirketleri-nuve-energetikasina-nezer-yetirmeye-mecbur-edib