Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Elm & Texnologiya
02.10.2024
Farid Pardashunas
Çinin Shenzhen Bay Parkında Milli Gün qeyd etmələrinin əvvəlində 10.197 drondan ibarət möhtəşəm dron şousu keçirilib və 2 dünya rekordu qırılıb.
Bərabər şəkildə hərəkət edən dron sürüsü izləyənləri heyran edən mürəkkəb formalar yaradıblar. Şounun ən əsas hissəsi, minlərlə dronun dəqiq koordinasiya ilə hərəkət etdiyi möhtəşəm "Göy Üzü Şəhəri" səhnəsi olub. Dron şousundan sonra səma, təşkilatçıların "kiber atəşfəşanlıq" adlandırdığı virtual atəşfəşanlıqlarla işıqlandırılıb. Bu möhtəşəm performans Shenzhen-də 1 həftəlik bayramın yalnız başlanğıcı idi. 7 gün ərzində 10.000-dən çox dron şəhərin 5 bölgəsində səmaya rəng qatacaq. Sənət və texnologiyanın bu birləşməsi Çinin dron texnologiyalarında gəldiyi səviyyəni göstərməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu dron şouları əyləncə üçün hazırlanmış olsa da, arxasında duran texnologiyanın çox geniş təsirləri var. Minlərlə kiçik, ucuz və çevik dronu eyni vaxtda bir kompüterdən idarə etmək bacarığı, hərbi sahədə də əhəmiyyətli təsiri olan bir qabiliyyətdir.
Müasir müharibələrdə, koordinasiyalı hərəkət edən dron sürülərinin olduqca təsirli olduğu məlumdur. Bu kiçik pilotsuz uçuş aparatları (PUA-lar), quraşdırılmış sistemlər və uzaqdan idarə olunan sürü süni zəkanın birləşməsi ilə idarə olunur və 200 km/saatdan yüksək sürətlə manevrlər edə bilirlər. Çinin çox pərvanəli dron sahəsindəki üstünlüyü məlum bir faktdır. Ölkə, istehlakçı dronlarından tutmuş sənaye səviyyəli maşınlara qədər hər şeyi istehsal edən ən böyük dron istehsal müəssisələrinə ev sahibliyi edir.
Bu son tədbir, ayın əvvəlində baş tutan başqa bir rekord qıran dron şousunun ardınca keçirilib. 3 sentyabrda, 7.598 dronun iştirak etdiyi işıq şousu Yanbian Koreya Muxtar Bölgəsinin 72-ci ildönümü tədbirləri çərçivəsində keçirilmişdi. Bu şou, dronlar vasitəsilə yaradılan ən böyük hava görüntüsü ilə Ginnesin Rekordlar Kitabına düşmüşdü.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Britaniyanın Apian adlı startapı, dron istehsalçısı olan Wing şirkəti və Britaniya Milli Səhiyyə Xidməti birlikdə maraqlı bir proqramı işə salıblar.
Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)
Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)
Çinin Shenzhen şəhərində 8100 drondan istifadə edilməklə dünyanın ən böyük dron nümayişi həyata keçirilib.
Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Hidrogenlə işləyən yeni "Tianmushan No. 1" pilotsuz uçuş aparatı, Çində problemsiz şəkildə qalxış və eniş edə bilib. Yeni pilotsuz uçuş aparatı, 100 km məsafə qət edə bilən dünyanın hidrogenlə işləyən ilk dronudur.
Çin, saatda 1000 km sürətə çata bilən dünyanın ən sürətli qatarını sınaqdan keçirməyə başlayıb!
Çin, saatda 1000 km sürətə çata bilən dünyanın ən sürətli qatarını sınaqdan keçirməyə başlayıb!
Çin, yeni layihələrlə sərhədləri aşmağa davam edir. Belə ki, Çin, bir müddətdir inkişaf etdirdiyi ultra yüksək sürətli (UHS) maqlev (iki maqnit klasterinin istifadə edildiyi bir dəmir yolu nəqliyyat sistemidir) qatarının sınaqlarını tamamlayaraq mühüm bir mərhələyə çatıb.
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ