Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Elm & Texnologiya
30.08.2024
Farid Pardashunas
Hidrogenlə işləyən yeni "Tianmushan No. 1" pilotsuz uçuş aparatı, Çində problemsiz şəkildə qalxış və eniş edə bilib. Yeni pilotsuz uçuş aparatı, 100 km məsafə qət edə bilən dünyanın hidrogenlə işləyən ilk dronudur.
Tianmushan Laboratoriyası tərəfindən edilən açıqlamaya görə, "Tianmushan No. 1" pilotsuz uçan aparatı, sənaye dronlarının qeyri-kafi məsafə və ultra aşağı temperaturlarda çətinlik kimi xroniki problemlərini həll etmək üçün hazırlanıb. Texniki olaraq, 100 kilometrdən çox fasiləsiz işləmə qabiliyyətinə malik olan pilotsuz təyyarə, 19 kiloqram boş çəki və 6 kiloqram maksimum yük daşıma qabiliyyətini təmin edən karbon lifindən hazırlanmış gövdə ilə uçur.
Tianmushan No. 1, istifadəçi dostu bir düymə ilə çalışan avtonom uçuş və eniş sisteminə malikdir. Bu sistem, əməliyyatları asanlaşdırır və insan səhvi riskini azaldır. Qeyri-vizual davamlı işləmə qabiliyyəti ilə ənənəvi sənaye dronlarının tətbiqini dəyişdirən bu dron, sərt və uzaq mühitlərdə də böyük fayda verə bilər. Bundan əlavə, dron 4 saat havada qala bilir.
Tianmushan No. 1-in ən diqqətçəkən xüsusiyyəti, onun təkmil hidrogen yanacaq elementi (1000 Wh/kq) sistemidir. Bu enerji təchizatı, ənənəvi litium batareyalardan 5-6 dəfə yüksək enerji sıxlığına malikdir. Bu yolla dron, uzadılmış uçuş müddətinə nail ola bilir. Dronun hava ilə soyudulmalı yanacaq elementləri yığını, hətta çətin şəraitdə də optimal performans təmin edə bilər. Tianmushan No. 1, eyni zamanda inteqrasiya edilmiş paraşütlə təchiz edilmiş dünyanın hidrogenlə işləyən ilk dronudur. Başqa sözlə desək, uçuş zamanı qəza baş verərsə, onun paraşütü avtomatik olaraq açılaraq, riski minimuma endirə bilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam edir.
GTA kimi hadisə: ABŞ-da polislər, avtomobil oğrusunu dron vasitəsilə yaxalayıblar! (VİDEO)
GTA kimi hadisə: ABŞ-da polislər, avtomobil oğrusunu dron vasitəsilə yaxalayıblar! (VİDEO)
Kaliforniyanın Santa Monica şəhərində polis idarəsinin yeni həyata keçirdiyi dron ilə müşahidə proqramı sayəsində maraqlı hadisə baş verib. İyulun 6-ı tətil həftəsonunda Santa Monica Pier yaxınlığında bir adam, avtomobil oğurluğunda şübhəli bilinərək həbs edilib.
PUA-ları saniyələr içində məhv edə bilən dünyanın ən güclü portativ lazer silahı hazırlanıb!
PUA-ları saniyələr içində məhv edə bilən dünyanın ən güclü portativ lazer silahı hazırlanıb!
Avstraliya Müdafiə Qüvvələrinin ilk portativ lazer silahı olan Fractl, poladı yandıra biləcək qədər güclü şüalara malikdir. Hətta Fractl, çox kiçik hədəfləri də məhv edə bilər.
Polislər ilkin müdaxilə aparatı olaraq dronlardan istifadə etməyə başlayırlar!
Polislər ilkin müdaxilə aparatı olaraq dronlardan istifadə etməyə başlayırlar!
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) təsdiqi ilə polis idarələri kiçik pilotsuz uçuş aparatları ilə təcili çağırışlara cavab verməyə başlayacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ