main-post-cover

    Bərpa olunan enerjinin həcmi yaxın zamanda kömür enerji həcmini geridə qoyacaq

    Elm & Texnologiya
    29.07.2024
    Emil Nəcəfov
         Beynəlxalq Energetika Agentliyinin mütəxəssislərinin sözlərinə əsasən bütün dünya üzrə bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin həcmi kömür elektrik stansiyalarının istehsal etdikləri enerjinin həcmini artıq 2025-ci ildə geridə qoyacaq. Bu fikir gələn il günəş enerjisinə tələbatın 4% yüksələcəyi ilə bağlı proqnoza əsaslanır. Məlumata əsasən qlobal iqtisadi böhrandan sonrakı dövrün və COVID-19 pandemiyasından sonrakı iqtisadi vəziyyətin bərpası dövrünün nəzərə alınmadığı halda bu, 2007-ci ildən indiyənə kimi günəş enerjisinə tələbatın ən böyük yüksəlişi olacaq.
         Proqnoza əsasən 2025-ci ildə hidrotermal elektrik enerjisi, külək enerjisi, günəş enerjisi və digər bərpa olunan enerji mənbələri dünyadakı enerji təklifinin 35%-ni təşkil edəcəklər. Mütəxəssislər bərpa olunan enerji mənbələrinə tələbatın artması ilə bağlı proqnozlarında Hindistan və Çin kimi ölkələri yüksək qiymətləndirirlər. Lakin bu ölkələrdə həmçinin kömür elektrik stansiyalarına tələbat da artacaq. Gözləntilərə əsasən bərpa olunan enerji mənbələri vasitəsilə əldə edilən elektrik enerjisinə tələbat Hindistanda 8%, Çində 6%, ABŞ-da isə 3% yüksələcək. Bu, qismən süni zəka texnologiyalarının aktiv inkişafları və məlumatların emalı mərkəzlərinin say artımı ilə bağlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    3 gəncin hazırladığı avtomobil sayəsində bir damcı belə benzin istifadə olunmadan 5000 km yol qət oluna bilinib!
    3-gencin-hazirladigi-avtomobil-sayesinde-bir-damcl-bele-benzin-istifade-olunmadan-5000-km-yol-qet-oluna-bilinib
    Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
    enenevi-kulek-turbinlerine-meydan-oxuyacaq-neheng-kulek-divari-layihesi-hazirlanir
    Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
    dunyanin-en-boyuk-2-rotorlu-uzen-kulek-platformasi-tikilib
    Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
    berpa-olunan-enerji-menbeleri-elektrik-enerjisi-istehsalinin-artiq-13-hissesini-teskil-edirler