main-post-cover

    3 gəncin hazırladığı avtomobil sayəsində bir damcı belə benzin istifadə olunmadan 5000 km yol qət oluna bilinib!

    Elm & Texnologiya
    26.07.2024
    Farid Pardashunas

         ABŞ-da keçirilən bir yarış çərçivəsində bərpa oluna bilən enerjilər ön plana çıxıb. Belə ki, 3 gənc mühəndisdən ibarət komanda, New York-dan Los Angeles-ə 5000 km məsafəni tamamilə günəş enerjisi ilə qət etməyi bacarıb.

         Cannonball Run kimi tanınan yarışda günəş enerjisi ilə işləyən avtomobil ön plana çıxıb. Cannonball Sun adlı xüsusi hazırlanmış günəş enerjisilə çalışan avtomobil, 13 gün 15 saat 19 dəqiqə sürüşün davamında 5000 km-lik yolu qət et edə bilib. Cannonball Run üçün əsl rekord isə daxili yanma avtomobililə 25 saat ərzində tamamlayan fərqli bir şəxsə məxsus olmasıdır. Bununla belə, onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bir ucundan digər ucuna yalnız günəş enerjisindən istifadə etməklə keçid ilk dəfə uğurla başa çatıb.
         3 mühəndislik tələbəsi tərəfindən hazırlanmış Cannonball Sun, günəş avtomobillərinin elektrik enerjisi və daxili yanma ilə müqayisədə üstünlüklərini nümayiş etdirib. Avtomobil, 3 elektrik mühərriki 8 günəş paneli ilə işləyən akkumulyatorla çalışır. Avtomobil, 5 ay ərzində inkişaf etdirilib. Qaynaqlanmış boru və büzməli plastikdən hazırlanmış xarici korpus sayəsində avtomobilin çəkisini azaltmaq mümkün olub. Cannonball Sun layihəsi əslində günəş enerjisi ilə uzun məsafələrə səyahətin artıq mümkün olduğunu göstərib. Təbii ki, layihə müsabiqə üçün hazırlansa da, böyük şirkətlər üçün də bunun nümunə olacağı görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
    enenevi-kulek-turbinlerine-meydan-oxuyacaq-neheng-kulek-divari-layihesi-hazirlanir
    Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
    elm-adamlari-qend-agirliginda-mikro-ucus-aparati-hazirlayiblar-video
    Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
    dunyanin-en-boyuk-2-rotorlu-uzen-kulek-platformasi-tikilib
    Yeni nəsil hipersonik iki rejimli ramjet mühərriki sınaqdan keçirilib!
    yeni-nesil-hipersonik-iki-rejimli-ramjet-muherriki-sinaqdan-kecirilib
    Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
    berpa-olunan-enerji-menbeleri-elektrik-enerjisi-istehsalinin-artiq-13-hissesini-teskil-edirler